Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Etnik qrupların COVİD-19-a yoluxma və ölmə riski daha yüksəkdir

11.06.2020 21:23 1 820
Etnik qrupların COVİD-19-a yoluxma və ölmə riski daha yüksəkdir
Britaniya hökumətinin açıqladığı hesabatda BAME - qaradərili, asiyalı və azlıq təşkil edən etnik qrupların ağ etnik qruplarla müqayisədə COVID-19-a yoluxaraq ölmək ehtimalının 50 faizə qədər çox olduğu bildirilir.

Hökumətin Public Health England təşkilatının hesabatında deyilir ki, məsələn, Banqladeş mənşəli insanların ağ ingilislərlə müqayisədə COVID-19-dan ölüm riski iki dəfə çoxdur. Çin, Hindistan, Pakistan və ya digər Asiya etnik qrupların, habelə Karib və ya digər qaradərili etnik mənşəli olanların ölüm riski 10 faizdən 50 faizə qədər yüksəkdir.

Londonun Tayms qəzetinin yazdığına görə, ölkədə böyüməkdə olan "Qaraların Həyatı Mühümdür" etirazları zamanı gərginlik yarada biləcəyindən ehtiyat edildiyin üçün hesabatın bu ayın əvvəlində açıqlanmasına icazə verilməyib. Hökumət isə bu xəbəri təsdiq etməyib.

Hesabatın dərcindən sonra Britaniyanın səhiyyə katibi Mat Hankok əlavə araşdırma tələb olunduğunu bildirib. "Belə fərqlərə nəyin səbəb olduğunu və fərqli risk faktorlarının qarşılıqlı əlaqəsini başa düşmək üçün çox iş görülməlidir və biz bunun qarşısının alınmasında qərarlıyıq" deyib Hankok iyunun 2-də jurnalistlərə.

Hesabatın nəticələri ABŞ və Finlandiyada oxşar tədqiqatların nəticələri ilə eynidir. "Bu, ABŞ üçün unikal bir araşdırma deyil" - deyə, keçən fəftə Amerikanın Səsinə Skypla verdiyi müsahibəsində Nortumbria Universitetinin molekulyar bioloqu, doktor Stergios Moşos bildirib.скачать dle 11.3
Mojo.az Banner