Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Mədət Quliyev: Azərbaycan polisinə qarşı törətdilən təxribat fiaskoya uğrayacaq

10.06.2020 19:40 1 315
Mədət Quliyev: Azərbaycan polisinə qarşı törətdilən təxribat fiaskoya uğrayacaq
Müdafiə Sənayesi naziri, Milli Qəhərəman Mədət Quliyev Milli Qəhrəmanların adından Azərbaycan polislərinə təşəkkür edib.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat xidmətindən nazir Mədət Quliyevin imzası ilə göndərilən məktubda Azərbaycan polisinin xidmətlərinə kölgə salmağa çalışıldığı, ancaq bu təxribatın fiaskoya uğrayacağı vurğulanıb.

Məktubda deyilir:

"Bütün dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçməmiş, bu xəstəlik əksər dünya dövlətləri kimi Azərbaycana və onun iqtisadiyyatına da yetərincə zərər vurmuşdur. Böyük iqtisadi itkilərə baxmayaraq, daima insan faktorunu diqqət mərkəzində saxlayan dövlətimiz bu dəfə də yürütdüyü siyasətə sadiq qalaraq Azərbaycan xalqının sağlamlığı və təhlükəsizliyi üçün mühüm addımlar atmaqda davam edir. Ölkədə elan olunan xüsusi karantin rejimi dövründə koronavirusa yoluxma sayının ən çox qeydə alındığı paytaxt Bakıda ön cəbhədə xidmət edən həkimlərlə yanaşı, polislər də əsl qəhrəmanlıq göstərirlər. Aylardır gücləndirilmiş iş rejimində yorulmadan, usanmadan xidmət aparan, bu çətin günlərdə xalqın sağlamlığı naminə öz həyatlarını təhlükəyə atan Azərbaycan polisi öz xidməti borcunu layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsinə nəzarət edir, öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır və ən əsası humanist davranışları ilə milli həmrəyliyə öz töhfəsini verir.

Təəssüflər olsun ki, dövlətimizin inkişafına qısqanclıqla yanaşan, onun beynəlxalq nüfuzunun artmasından narahatlıq keçirən bəzi müxalifyönlü qüvvələr Azərbaycan polisinin xidmətlərinə kölgə salmağa çalışırlar. Lakin bu antimilli ünsürlər karantin rejiminin tələblərini pozanlara qarşı qanunamüvafiq tədbirlər görən Azərbaycan polisinə ləkə atmaq istəklərinə nail ola bilməyəcəklər. Onların Azərbaycan polisinə qarşı törətdikləri növbəti təxribat da fiaskoya uğrayacaq.

Biz - Azərbaycanın Milli Qəhrəmanları Azərbaycan polisinin şərəfli fəaliyyətini yüksək qiymətləndirərək, onlara öz dərin təşəkkürümüzü ifadə edirik".скачать dle 11.3
Mojo.az Banner