Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bərbad hala salınmış səkiləri parkinqə çevirdilər - VİDEO

08.06.2020 18:22 1 374
Bakıda bərbad hala salınmış səkiləri parkinqə çevirdilər - VİDEO
Bakının Xətai rayonunda sakinlər küçələrin, səkilərin bərbad vəziyyətdə olmasından şikayət edir.

Videogörüntülər rayonun Nəsirəddin Tusi küçəsində lentə alınıb.

Küçədə səkinin bərbad vəziyyətdə olduğunu deyən sakinlər bəzi yerlərdə işıqlandırmanın da olmadığını bildirib. Ərazidəki səkilərin əksəriyyəti parkinq kimi istifadə edilir.

Xətai Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Pənah İmanov redaksiyamıza açıqlamasında bildirib ki, küçələrin abadlaşdırılması istiqamətində rayon ərazisində mərhələli şəkildə işlər görülür:

“Xətai rayonunda Sәmәd bәy Mehmandarov küçəsi, İnqilab İsmayılov küçəsi, Məzahir Rüstəmov küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və İcra Hakimiyyəti tərəfindən əsaslı təmir-bərpa işləri aparılıb.

Hazırda Agentlik tərəfindən rayonun Seyid Əzim Şirvani küçəsi, Mehdi Mehdizadə küçəsi, Sabit Orucov küçələrində də avtomobil yollarının təmir-bərpa işləri həyata keçirilir. İcra Hakimiyyəti olaraq rayon ərazisinə yerləşən iaşə obyektlərinin sahibkarları ilə danışıqlar apararaq, obyektlərin görünüşlərinin səliqəyə salınmasına çalışırıq.

Vətəndaşın qeyd etdiyi Nəsirəddin Tusi küçəsi də bu ilin tədbirlər planına salınıb. Həmin küçədə avtomobil yolunun və səkilərin təmir edilməsi nəzərdə tutulub. Bizdə olan məlumata görə, AAYDA tərəfindən ərazidə digər təşkilat və qurumlara müraciət olunaraq, sözügedən küçədə kommunikasiya xətləri ilə bağlı mövcud problemlərin həllinə diqqət yetirilməsi xahiş olunub.

Bütün işlərin yekununda həmin küçədə asfalt örtüyünün çəkilməsi planlaşdırılır. Sadalanan işlər cari ilin yekunlarına qədər həll olunacaq”.


Son xəbərlər