Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Smartfonunuzdan kiminsə sizi dinlədiyini necə bilmək olar? – Telefonun işığı yandısa...

06.06.2020 22:58 3 607
Smartfonunuzdan kiminsə sizi dinlədiyini necə bilmək olar? – Telefonun işığı yandısa...
Smartfon sahiblərinin bir çoxu qacetlərinin kənar şəxslər tərəfindən dinlənildiyini bilmirlər.

"TelecomDaily" analitik-informasiya agentliyinin rəhbəri Denis Kuskov telefonunun dinləndiyini necə bildiyini açıqlayıb.

Median.Az ted.az-a istinadən bildirir ki, ekspertin sözlərinə görə, smartfonun dinləmədə olduğunun əlamətlərindən biri telefonda proqram təminatının və ya əlavə tətbiqlərin yaranmasıdır, hansı ki, sahibi özü quraşdırmayıb.

"Əgər görürsünüz ki, siz toxunmadığınız halda telefonunuz "öz həyatını yaşayır", yəni qoşulub-sönür, o zaman dinləmə proqramı işə başlayıb", - deyə ekspert izah edib.

D.Kuskov bildirib ki, smartfon batreyasının tez enerji itirməsi də xoşagəlməz sürpriz ola bilər: "Həmin "sürprizlərin" qarşısını almaq üçün smartfonlarınızda quraşdırılmış tətbiqləri mütəmadi olaraq yoxlamaq məsləhət görülür. Özünüzü dinləmə prosesindən qoruya bilərsiniz, bu cür tətbiqlərin işini dayandıran xüsusi proqramlar mövcuddur".

Ekspert dinləmə variantlarının çox olduğunu vurğulayıb: "Leqal və qeyri-leqal üsul var (qanuni və qeyri-qanuni). Leqal və ya qanuni dinləmə məhkəmə və ya digər instansiyalar tərəfindən rəsmi olaraq əldə edilir. Başqa üsul isə ər, arvad, eləcə də rəqiblərin etməyə çalışdığı qeyri-qanuni dinləmədir".

Son xəbərlər