Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda itləri öldürənlərin hücumuna məruz qaldığı deyilən şəxs: “Silahı içəri salaraq, ərazidən uzaqlaşdılar”

06.06.2020 19:30 1 805
Bakıda itləri öldürənlərin hücumuna məruz qaldığı deyilən şəxs: “Silahı içəri salaraq, ərazidən uzaqlaşdılar”
“Həmin gün axşam küçədən atəş səsləri gəldi. Küçəyə çıxanda ağacın yanında yaralı, inildəyən iti gördüm. İt ilə məsafəm bir metr olmağıma baxmayaraq, atəş açmaqdan çəkinməyən naməlum şəxslər yük maşının pəncərəsindən silahı içəri salaraq, ərazidən uzaqlaşdılar”.

Bu sözləri ötən gün silahlı hücuma məruz qalması ilə bağlı məlumatlar yayılan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Fərid Mansurov Oxu.Az-a açıqlamasında deyib.

F.Mansurov qeyd edib ki, sözügedən hadisədə birmənalı şəkildə ona qarşı silahlı hücum olmayıb:

“Hiss olunurdu ki, səs boğucudan istifadə edirlər. Qaranlıq olduğu üçün yük maşınının nömrəsini və içərisindəki şəxsləri görmədim. Amma onlar ətrafda insanların olmasına məhəl qoymadan itlərə atəş açaraq, heyvanları öldürürlər.

Dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə məlumat verdim. Məsələyə yerindəcə reaksiya verildi, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin əməkdaşları əraziyə yaxınlaşdılar. Müvafiq tədbirlərin görüləcəyini bildirdilər. Onlara da izah etdim ki, bu vəziyyət insanların həyatı üçün də potensial təhlükədir. Hərəkətdə olan avtomobildən atəş açılır və yaxınlıqda insanların olub-olmaması, güllənin yanlışlıqla onlara dəyə biləcəyi həmin şəxsləri maraqlandırmır. Bu hallar davam edərsə, bədbəxt hadisələr qaçılmaz ola bilər”.

F.Mansurov sosial şəbəkələrdə polis əməkdaşlarının ona qarşı təzyiq etmələrinə, bölməyə aparılması məsələsinə də münasibət bildirib:

“Paytaxtda itlərin öldürülməsi ilə bağlı məsələ bu gün aktualdır. Bu məsələyə səssiz qalmayan vətəndaşlardan biri kimi mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Polis əməkdaşları məni 16-cı Polis Bölməsinə apardılar. Orada izahat yazdım, vəziyyəti izah etdim. Həmin an faktiki olaraq mənim həyatım da təhlükədə idi. Çünki, güllə mənə də dəyə bilərdi. İzahatım alındıqdan sonra sərbəst buraxıldım. Mən sizin vasitənizlə bu məsələyə diqqətlə yanaşan polis əməkdaşlarına təşəkkür edirəm. Eyni zamanda, bir daha Daxili İşlər Nazirliyinə müraciət edərək, şəhərdə qanunsuz şəkildə itlərin güllələnməsi ilə bağlı faktların araşdırılmasını xahiş edirəm. Bu, çox ciddi sosial təhlükədir. Axşam saatlarında küçələrdə olan insanların da həyatı risk qarşısındadır. İtləri güllələyən şəxs və ya şəxslərin müəyyən olunaraq, qanunamüvafiq şəkildə məsuliyyətə cəlb olunacaqlarına inanıram”.скачать dle 11.3
Mojo.az Banner