Mojo.az Banner
20:03 Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır  |     19:56 Ukraynada qadınların səfərbərliyi ilə bağlı YENİ İDDİA  |     19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |     19:37 Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)  |     19:30 "Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?  |     19:24 Videooyun oynayanların yaddaşı daha güclü olur? (ARAŞDIRMA)  |     19:15 Tanınmış rəssam vəfat etdi  |     19:10 Spred yağı istehsalçı ölkəyə geri qaytarıldıb - Səbəbi isə... (FOTO)  |     19:01 Qarabağ Universitetində yeni təyinat  |     18:54 Universitetdən qovulan tələbə videomüraciət yaydı  |     18:48 Bakıda oğurluq edənlər tutuldu  |     18:40 Sabah 35° isti olacaq  |     18:35 Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi  |     18:26 Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı  |     18:21 Bakıda piyada keçidindəki eskalatorlar işləmir - VİDEO  |     18:21 Bu şəxslərin satınalmaları ilə bağlı yeni qayda tətbiq ediləcək  |     18:13 Şəhidin həyat yoldaşı vəfat etdi  |     18:08 Şəxsiyyət vəsiqəsində ananın adı niyə yoxdur? - VİDEO  |     18:05 Paytaxtın hazırda bəzi küçələrində sıxlıq var - SİYAHI  |    
Mojo.az Avto
Mojo.az Avto

Polis maskasız gəncin dizlərindən yapışdı - VİDEO

05.06.2020 17:36 2 484
Polis maskasız gəncin dizlərindən yapışdı - VİDEO
Polis küçədə maskasız gəzən gənci dəyənəklə döyüb.

Bu barədə kadrları “Life Shot” yayımlayıb.

Məlumata görə, hadisə Rusiyanın Çelyabinsk vilayətinin Maqnitorsk şəhərində baş verib.

Video başlayanda görünür ki, hüquq mühafizəçisi yerdə oturub və gəncin ayaqlarını tutub. Polisdən qurtulmağa çalışan gənc isə cibində maska olduğunu və taxacağını deyir. Ancaq onun bu sözlərinin faydası olmur.

Bu vaxt başqa bir polis onlara yaxınlaşır və mülki vətəndaşı dəyənəklə döyməyə başlayır. Yoldan keçənlərin hüquq mühafizəçilərinə iradı isə cavabsız qalır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, münaqişədən əvvəl kişi hüquq mühafizəçisini təhqir edib və ona müqavimət göstərib. Buna görə gəncə qarşı hökumət nümayəndələrinə güc tətbiqi maddəsi ilə cinayət işi açılıb.

Həmçinin, mağazaya maskasız daxil olduğu üçün onu cərimə və 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Polisin sözlərinə görə, münaqişəyə polisin gəncə maskasız gəzməsi ilə əlaqədar iradı səbəb olub.


скачать dle 11.3
Mojo.az Banner