Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 "Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib  |     22:47 Hər il on minlərlə insanı öldürən böyük təhlükə  |     22:41 İxtisas seçimi: kimlər boş qalan yerlərə müraciət edə bilməz?  |     22:34 Qalmaqallı kosmetoloqla bağlı məhkəmə qərarı  |     22:27 Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı  |     22:22 Avropa ölkəsi məktəbli qızlara hicab taxmağı qadağan edir  |     22:17 Ötən il həbs edilən cərrah azadlığa buraxıldı  |     22:10 Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi  |     22:04 "Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi  |     21:58 Bakı binaları zəlzələyə davamlıdırmı? - Ekspertdən açıqlama  |     21:51 Yeni tələbələri rektorsuz qarşılayan universitetlər  |     21:44 Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalaşa bilər  |     21:36 İsveçrə F-35 təyyarələri sifariş etdi və tələyə düşdü: Ekspertlər nə baş verdiyini izah edir  |     21:30 Alimlər Yupiterin dəqiq yaranma tarixini müəyyən etdilər  |     21:21 Qardaşına 6 milyonluq villalarını verdi - Barışdılar  |     21:13 Xərçəng yaşı cavanlaşır - Ötən il 393 gəncdə aşkarlanıb  |     21:06 “ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq  |     21:00 Bu yolda sürücülər istiqaməti ayırd edə bilmirlər - Video  |     20:53 Tayvanda 6 maqnitudalı zəlzələ olub  |     20:47 Tərtərdə cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıblar  |    

Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü məntəqəsi yaradıb, heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək, qidaya yararsız, ölü at və iribuynuzlu mal ətlərinin satışı ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.


Toplanmış əməliyyat materialları əsasında müəyyən edilib ki, Biləsuvar rayon sakini Mirzə Abbasovun rəhbərlik etdiyi dəstə ölmüş at və iri buynuzlu mal ətlərinin respublikanın müxtəlif rayonlarından toplanılması, tədarükü, emalı və satışı ilə məşğul olub. Bu məqsədlə o, İmişli, Cəlilabad, Salyan və digər ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq, özünə məxsus olan Biləsuvar rayonunun Çaylı kəndində yerləşən fermada toplayıb. Daha sonra orada dəstə üzvləri tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib.

Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Mirzə Abbasov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərinə satılıb. Baş İdarənin əməkdaşları tərəfindən Mirzə Abbasova məxsus Biləsuvar rayonu Çaylı kəndi yaxınlığında yerləşən fermaya baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan dörd ton mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Faktla bağlı Baş İdarədə mütəşəkkil cinayətkar dəstənin başçısı Mirzə Abbasov, oğlu Elmar Abbaszadə və Biləsuvar rayon sakini Əmrah Muradov barəsində cinayət işi başlanılıb. Mirzə Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digərləri isə istintaqa cəlb olunublar.

Mütəşəkkil dəstə ilə əlbir olan digər şəxslərin, həmçinin, Mirzə Abbasovun yararsız ətləri satdığı ictimai iaşə obyektlərinin sahiblərinin də müəyyən edilərək saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 077 05.06.20 16:59