Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Serbiyanın XİN başçıları bir sıra məsələləri müzakirə ediblər

04.06.2020 23:23 1 258
Azərbaycan və Serbiyanın XİN başçıları bir sıra məsələləri müzakirə ediblər
Xarici işlər naziri Elmar Məmmədyarovun Serbiya Baş Nazirinin birinci müavini və Xarici İşlər naziri İvitsa Daçiç ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, mövcud qlobal sağlamlıq böhranı ətrafında fikir mübadiləsi aparan nazirlər yeni koronavirusla mübarizədə dövlətlərin həmrəyliyinin və qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə məlumat mübadiləsi edərək, Azərbaycan və Serbiya arasındakı siyasi münasibətlərin cari vəziyyətini məmnunluqla qeyd ediblər.

Hər iki ölkənin dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qəti mövqeyi nazirlər tərəfindən bir daha səsləndirilib. Bu xüsusda ikitərəfli sənədlərdə əks olunduğu kimi, hər iki ölkənin prinsipial mövqeyi vurğulanıb.

Tərəflər həmçinin ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə ediblər, gələcəkdə bu münasibətlərin genişləndirilməsi imkanlarının araşdırılması qeyd olunub.

Nazirlər təmasların saxlanılmasına razılaşıblar və pandemiya bitdikdən sonra ölkələrə səfərlərin həyata keçirilməsi ilə bağlı qarşılıqlı dəvət mübadiləsini həyata keçiriblər.скачать dle 11.3
Mojo.az Banner