Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda gənci küçədə bıçaqladılar

02.06.2020 14:10 1 341
Bakıda gənci küçədə bıçaqladılar
Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Elnur Şəfiyev küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Şəfiyevə xəsarət yetirməkdə şübhəli bilinən Xəyal Bağırov saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işinə başlanılıb.

Son xəbərlər