Mojo.az Banner
17:50 "Avtovağzal" metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq - Video  |     17:44 Bakıda uçan qarışqalar niyə çoxalıb? - VİDEO  |     17:35 Kamçatkada güclü zəlzələ oldu  |     17:30 Azərbaycan donor ölkəyə çevrilib - BMT-dəki nümayəndəmiz  |     16:38 Bakıda kişi telefona çox baxan arvadını döydü  |     16:32 Ceyhun Bayramov və Baxtiyar Saidov telefonla danışdı  |     16:20 Pakistanda ardıcıl partlayışlar: Yeddi nəfər öldü  |     16:18 Pakistanda ardıcıl partlayışlar: Yeddi nəfər öldü  |     15:29 Rafael Fiziyev Bakıda  |     15:13 Flora Kərimova xəstəxanadan evə buraxıldı  |     15:02 "Azərbaycanda 200 tələbə vəfat edib" məsələsinə RƏSMİ REAKSİYA - FOTO  |     14:58 Füzulidə 15 yaşlı oğlan kanalda boğuldu  |     14:55 Azərbaycandan tranzit keçməklə Ermənistana 490 ton buğda göndərilib (Yenilənib)  |     14:53 Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI  |     14:11 Azərbaycanda oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı AÇIQLANDI  |     14:09 Avtobuslarda kondisioner problemi: Sərnişinlər çətin vəziyyətdə - Video  |     14:08 Məktəbə başlayan hər min şagirddən səkkizinin təhsil taleyi naməlumdur - RƏSMİ  |     13:57 Azərbaycanda hərbçi faciəli şəkildə öldü (Yenilənib)  |     13:55 Bakıda küçədə kişini ürəyindən bıçaqlayıb öldürdülər  |     13:21 Hidayət Heydərov "Böyük Dəbilqə"dən kənarda qaldı - SƏBƏB  |    
Left Banner
Right Banner

Azərbaycanda koronavirusla bağlı məlumatları “WhatsApp”dan öyrənmək mümkün olacaq

01.06.2020 16:51 3 295
Azərbaycanda koronavirusla bağlı məlumatları “WhatsApp”dan öyrənmək mümkün olacaq
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və yerli startap şirkəti olan Botbox ilə birgə, günün 24 saatı əhalinin koronavirus ilə əlaqədar suallarını cavablandırmaq, həmçinin, tez, etibarlı və rəsmi məlumat vermək üçün “WhatsApp” botunu istifadəyə verib.

“TABIB bot” eyni anda bir milyona qədər istifadəçini əhatə edə və istənilən istifadəçi sorğusuna bir saniyədən az müddətdə cavab verə biləcək.

Həmçinin, gündəlik statistik məlumatlar üçün abunə olmaq mümkündür.

Bu günə qədər bot on mindən çox insan tərəfindən sınaqdan keçirilib və artıq 2 200 abunəçisi var.

“TABIB bot” ilə dialoqa başlamaq üçün “Salam” yazıb +13022020234 nömrəsinə mesaj göndərdikdə, istifadəçilərə COVID-19 haqqında son xəbərlər, statistik məlumatlar, profilaktika tədbirləri və infeksiyanın yayılmasının qarşısını almaq üçün məsləhətlərdən ibarət olan ümumi səhifə təqdim edilir.

COVID-19 ilə bağlı bir sıra mövzular üzrə müxtəlif sual və cavablarla tanış olaraq botdan məlumat əldə etmək çox asandır.

Qeyd olunmalıdır ki, botun diaqnoz və ya müalicə məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulmayıb və o, klinik müayinə və tibb mütəxəssisləri ilə məsləhətləşmələri əvəz etmir.

Bot, dünyadakı bütün Azərbaycan vətəndaşları üçün əlçatandır.скачать dle 11.3
Mojo.az Banner