“Dedilər ki, 3000-5000 pul veririk, icazə verin, yazaq ki, koronavirusdan ölüb” - Deputatdan şok açıqlamalar » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:51 Yeni tələbələri rektorsuz qarşılayan universitetlər  |     21:44 Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalaşa bilər  |     21:36 İsveçrə F-35 təyyarələri sifariş etdi və tələyə düşdü: Ekspertlər nə baş verdiyini izah edir  |     21:30 Alimlər Yupiterin dəqiq yaranma tarixini müəyyən etdilər  |     21:21 Qardaşına 6 milyonluq villalarını verdi - Barışdılar  |     21:13 Xərçəng yaşı cavanlaşır - Ötən il 393 gəncdə aşkarlanıb  |     21:06 “ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq  |     21:00 Bu yolda sürücülər istiqaməti ayırd edə bilmirlər - Video  |     20:53 Tayvanda 6 maqnitudalı zəlzələ olub  |     20:47 Tərtərdə cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıblar  |     20:40 Azərbaycanda daha 29 nəqliyyat vasitəsi hərraca çıxarılacaq  |     20:35 Azərbaycanda qeydiyyatda olan işsiz gənclərin sayı açıqlanıb  |     20:29 Rusiyanın olimpiya çempionu vəfat edib  |     20:23 Sabah 39 dərəcə isti olacaq - PROQNOZ  |     20:16 Kəlbəcər şəhərində daxili yolların tikintisi layihəsinin 76 %-i icra edilib  |     20:11 Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq  |     20:03 Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq  |     19:59 Cammuda torpaq sürüşməsi azı 30 nəfərin ölümünə səbəb olub  |     19:51 Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!  |     19:44 Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olundu  |    

“Dedilər ki, 3000-5000 pul veririk, icazə verin, yazaq ki, koronavirusdan ölüb” - Deputatdan şok açıqlamalar

“Maska taxmayanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibətim birmənalı deyil, əlbəttə hökuməti də başa düşürəm. Vətəndaşları cərimələməyək, qoy məsuliyyəti obyekt sahiblərinin üzərinə qoyaq ki, onlar maskasız insanları içəri buraxmasınlar. Cərimələrlə ölkədə narazı vətəndaşların sayını artırmayaq”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.

R.Nurullayev bununla yanaşı, narahatedici məqamları da səsləndirib:

“Vətəndaşlar niyə maska taxmır? Məgər canlarından bezib? Xeyr. Çünki, onlar koronavirusa inanmır, bunun bir dünyəvi oyun olduğunu düşünür. Hər gün də bu hipotezanı gücləndirən yüzlərlə məqalə və video yayımlanır. Koronavirusun olmadığını söyləyən təbliğata qarşı isə Azərbaycan qarışıq bütün dünya elə sadəcə “var” deyir və statistika açıqlayır. Bir-iki dəfə xəstələrlə bağlı süjet göstərilib, o zaman da xəstələr yox, kosmonavta oxşayan reportyor və həkimlər adamı qorxudub. Bu necə yanaşmadır? Bütün dünya belə edir. Bu xəstələri çəkib göstərin, adlarını, yaşayış yerlərini deyin, özlərini danışdırın, statistikanı açıqlayanda rayonları, ünvanları, cinsini, yaş üzrə məlumatları deyin. Ancaq say açıqlanır, doğrusunu deyim ki, çox vətəndaş da inanmır. Mənə də aydın deyil ki, niyə bu virusa bağlı məsələ bütün dünya üzrə NKVD yanaşması ilə edilir. Xəstələr niyə gizlədilir? Bu səbəbdən də vətəndaşlar rəsmi məlumatlara yox, daha çox şayiələrə inanır. Adamlar deyirlər ki, qocamız rəhmətə gedib, yaxınlaşıb dedilər ki, sizə 3000-5000 pul veririk, icazə verin yazaq ki, koronavirusdan ölüb. Buna inanmağım gəlmir, amma şübhə toxumu səpilir axı. Adamlar xəstəxanalara getməyə qorxur ki, soyuqdəymə olsa, deyəcəklər koronavirusdur. Gedənləri də çox incidirlər. Məgər bu virusdan başqa xəstəlik yoxdur? İnsan başqa xəstəlikdən qızdırmalı ola bilməz? Bu tendensiyanı çox təhlükəli hesab edirəm. Bu necə yarandı, kim yaratdı, niyə yaratdı və niyə yaradır bilmirəm. İnsanlar qorxusundan təcili yardıma belə zəng etmirlər. Bu nə deməkdir? Bu xəstələri açıqlayın, göstərin, yaşayış yerini çəkin, xəstənin çəkdiyi əziyyətləri göstərin ki, insanlar inansın. 28 aprel tarixinə qədər karantin rejimini pozan 90 min vətəndaş cərimə edilib. İndi yenə cərimə tətbiq ediləcək. Məncə, təbliğat düzgün getmir, daha çox danışılır, faktlar isə göstərilmir. Ancaq oxuyuruq ki, filan ölkədə bu qədər adam yoluxdu və öldü. İndi deyirlər ki, ikinci dalğa payızda olacaq. Ümumdünya Səhiyyə Təşkilatı hər kəsin bildiyini hər gün təkrar edir, konkret iş görmək, fakt göstərmək lazımdır. Necə olur ki, virus Çindən yayılır, indi isə orada yeni xəstə və yoluxma yoxdur. Hər şey sirr pərdəsi ilə örtülüb. Bu sirr pərdəsi götürülməsə, inam da olmayacaq. Bu qədər!”

Spiker Sahibə Qafarova isə deputatın dedikləri ilə razılaşmayıb: “Azərbaycanda koronavirusla bağlı heç bir sirr yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hər gün insanlara məlumat verilir. Həmçinin televiziya və mətbuatda da bununla bağlı məlumatlar yer alır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 853 01.06.20 11:52