Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:13 Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi" | 18:05 Millimiz üçüncü dəfə dünya çempionu oldu | 18:03 Prezident İlham Əliyev: "Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" | 17:46 Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır | 17:45 Ağstafada bir ailənin üç üzvü zəhərlənib | 17:23 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər (VİDEO) | 17:14 Beynəlxalq axtarışda olan iki nəfər Gürcüstandan Azərbaycana gətirildi | 17:12 Gənc müəllimləri kəndlərdə saxlamaq üçün yeni addımlar lazımdır – AÇIQLAMA | 17:05 İmtahanlara müdaxilə cinayəti: Prokuror Kamran Əsədova cəza istədi | 17:04 Əli Əsədovdan məhkəmə ekspertləri ilə bağlı qərar | 17:03 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? | 17:00 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - FOTO (Yenilənib) | 16:57 Qonşusunu bıçaqlayan müharibə iştirakçısına verilən cəza məlum oldu | 16:57 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb | 16:56 Gəmi qəzasına görə saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı | 16:53 Kirayə mənzillər ucuzlaşacaqmı? - Bazardakı vəziyyət AÇIQLANDI | 16:49 Bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq | 16:44 Sabah güclü külək əsəcək - Xəbərdarlıq | 14:49 Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı | 14:22 Azərbaycanda minimum maaşdan gəlir vergisi tutulmaya bilər |
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusun peyvəndi nə zaman hazır olacaq?

30.05.2020 20:30 3 108
Koronavirusun peyvəndi nə zaman hazır olacaq?
Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd ilin sonunadək hazır olmayacaq.

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris deyib: "Yaxşı xəbər budur ki, dünyanın hər yerində tədqiqatçılar peyvənd üzərində işləyirlər. Yüzə qədər müxtəlif qrupumuz var, amma bu proses vaxt aparır. Bu, həm də təhlükəsizlik məsələsi ilə bağlıdır. Biz iki məsələni bilməliyik. Peyvənd virusla qarşılaşanda düzgün antikorları stimullaşdırırmı? Eyni zamanda, peyvəndin yan təsirləri varmı? Hansı peyvəndin daha etibarlı olmasını bilmək də vacibdir. Daha sonra bu peyvəndin istehsalı, onun insanlara necə çatdırılması məsələsini başa düşmək lazımdır. Bütün bunlar isə vaxt tələb edir".

M. Harris qeyd edib ki, hətta müalicədə istifadə olunan dərman vasitələrinin test edilməsi də vaxt tələb edir, çünki bəzi xəstələrdə dərmanın öz təsirini göstərməsi təsadüf də ola bilər: "Buna görə də bütün lazımi testləri aparmaq üçün daha çox vaxt lazımdır".

Son xəbərlər