Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusun yayılmasında günahkar hesab edilən qadın ilk dəfə bu barədə danışdı

28.05.2020 21:59 1 372
Koronavirusun yayılmasında günahkar hesab edilən qadın ilk dəfə bu barədə danışdı
Koronavirusun yayılmasa səbəb olduğu hesab edilən qadın uzun zamandan sonra sükutu pozub.

CGTN kanalına müsahibə verən çinli virusoloq Şi Çjenli Uhan laboratoriyasında süni şəkildə COVID-19 yaratmaqda şübhəli bilinir.

Şi Çjenli ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) və ABŞ tərəfindən maliyyələşdirilən beynəlxalq proqramların üzvü olub və heyvanlar aləmində yeni epidemiyaların mənbəyi ola biləcək virusların axtarışı ilə məşğul idi. Bunu etmək üçün o və həmkarları əlçatmaz mağaralara və tərk edilmiş yerlərə qalxaraq yarasaların nəcisini toplayıb, onlardan nümunə götürüblər.

ABŞ alimləri birgə araşdırma zamanı qeyd ediblər ki, Çjenli yarasa içərisində olan koronavirusun insan hüceyrələrini yoluxdura bilməsi üçün genini dəyişib. Çjenli və çinli həmkarları həmçinin Uhanda epidemiyadan əvvəl qeyri-adi sürətlə COVID-19-u ayıraraq müəyyənləşdirməyə müəssər olublar.

Bütün bunlar koronavirusun süni şəkildə yaradıldığını və praktikada təhlükəsizlik tədbirlərinə yüksək səviyyədə riayət etməyən Uhan laboratoriyasından "sıza" biləcəyini söyləməyə əsas verib.

Çjenli fevralın 9-da Uhan laboratoriyasında heyvanların- transgen siçanlar və makakalar üzərində koronavirus yoluxması ilə əlaqədar aparılan təcrübənin tamamlandığını deyib.

Onun sözlərinə görə, bu təcrübələr nəticəsində məlum olub ki, koronavirus Uhanda izah edilə bilinməyən sətəlcəmin səbəbidir:

"Aşkarladığımız viruslar aysberqin yalnız görünən tərəfidir. Mümkün epidemiyaların qarşısını almaq üçün vəhşi heyvanların daşıdığı naməlum viruslar haqqında əvvəlcədən bilməliyik".скачать dle 11.3
Mojo.az Banner