Mojo.az Banner
13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |     11:56 Azərbaycanda yasa 60 min manat xərcləndi – Din xadimindən açıqlama  |     11:40 Xəzərdə zəlzələ olub - FOTO  |     11:31 Bakıda "Formula -1"in keçiriləcəyi məkan dəyişə bilər - VİDEO  |     11:27 Azərbaycanda bu şəxslərin MAAŞ və PENSİYALARI ARTIRILIR  |     11:20 Türkiyədə məşhur iş adamının oğlu saxlanıldı  |     23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salındı

26.05.2020 23:07 2 815
Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salındı
COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 6 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.

"Report"un məlumatına görə, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.

Qeyd olunub ki, sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” bərə-gəmisi ilə yola salınıb.

Xatırladaq ki, mayın 20-də 35 Qazaxıstan vətəndaşı və 8 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

Cari il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib, bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib.скачать dle 11.3
Mojo.az Banner