Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Elnur Allahverdiyev: “Azərbaycan yeni texnologiyalara və innovasiyalara hazırdır”

25.05.2020 21:56 1 390
Elnur Allahverdiyev: “Azərbaycan yeni texnologiyalara və innovasiyalara hazırdır”
Prezident İlham Əliyevin videokonfrans şəklində növbəti görüşü dünyanın nüfuzlu şirkətlərindən olan “Signify”nin (əvvəlki adı “Philips Lighting”) rəhbərləri ilə oldu. Dövlət başçısı bir müddət əvvəl CISCO-nun rəsmiləri ilə də görüşmüşdü. Hər iki şirkətin rəhbərləri Azərbaycanın yeniliyə, inkişafa və texnologiyaya açıq olmasını yüksək qiymətləndirirlər.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, dünyanın tanınmış şirkətlərindən biri olan və 1891-ci ildə yaradılan “Signify” dünya bazarında özünü kifayət qədər tanıda bilib. 74 ölkədə fəaliyyət göstərən və 140 ölkədə xidmət və məhsul satışı həyata keçirən şirkətin Azərbaycanla əməkdaşlıq etmək istəyi məmnunluq doğurur. “Signify” işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə qərarlaşır. Ölkəmizin adıçəkilən şirkətlə birgə layihədə iştirakının əsası Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda qoyulub.

Onun sözlərinə görə, layihə əsasında Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək. Qənaət göstəricisi minimum 50 faiz təşkil edir. İlk mərhələdə böyük şəhərləri əhatə edəcək layihəyə görə, iyul ayından başlayaraq bütün lampaların ölkəmizə idxalı prosesi başlayacaq və idxal prosesi sentyabrın sonu, oktyabrın əvvəlində başa çatacaq. Bakıdan sonra Sumqayıt şəhərinin işıqlandırılması nəzərdə tutulur.

“Azərbaycan Prezidenti “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və digəriləri ilə görüşündə “Bakı ağıllı şəhər” işıqlandırılması layihəsindən məmnunluğunu ifadə etdi və bildirdi ki, respublikamız hər zaman müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verməyə hazır olan bir sistem qurmağı düşünür. Dövlətinmizin başçısı vətəndaşları qorumaq, onların ehtiyaclarını ödəmək üçün bütün qüvvələrin səfərbər olduğunu diqqətə çatdırdı. Ölkəmizin koronavirusla mübarizədə göstərdiyi örnək və bunun Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirilməsi buna sübutdur”.

E.Allahverdiyevin deyib ki, “Signify”nin rəhbəri E.Rondolat Prezident İlham Əliyevə müraciətində bildirdi ki, o dövlət başçısı kimi ölkədə müasir texnologiyaların inkişafına böyük önəm verir. Halbuki bəzi ölkələr texnologiyanın ölkənin inkişafı üçün bir vasitə olduğunu bilmir və ya buna əhəmiyyət vermir: “Azərbaycanda isə Siz bu texnologiyaların çox mütərəqqi olduğunu nümayiş etdirirsiniz”.

“Azərbaycan yeni texnologiyalara və innovasiyalara hazırdır. Aparılan islahatların nəticəsidir ki, daha çox gənc kənd təsərrüfatı və iqtisadiyyatın fərqli sahələri üzrə mütəxəssis olmaq istəyir. Bütün bunlar həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir. Yeni texnologiyalar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha yol açır”, - deyə E.Allahverdiyev qeyd edib.скачать dle 11.3
Mojo.az Banner