Mojo.az Banner
15:29 Avropada təbii qaz bahalaşır: Qiymətlər 800 dollardan yuxarı qalxdı  |     15:28 Sumqayıtda istirahət mərkəzində QADIN ÖLDÜ  |     15:17 KMBİ maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi saxladı - Video  |     15:03 Samuxda qarayara ilə bağlı epidemioloji VƏZİYYƏT AÇIQLANDI  |     14:10 Sosial yardımların veriləcəyi tarix məlum oldu  |     14:02 Elektron sənəd qəbulunun müddəti uzadıldı  |     13:56 Daşkəsəndə iri qaya parçaları yolu bağladı  |     13:50 Məktəbli forması ilə bağlı səs yazısı yayıldı: Təhsil İdarəsi açıqlama verdi  |     13:42 50 yaşdan sonra hansı qidaları azaltmaq lazımdır - 6 məhsul qrupu açıqlandı  |     13:34 Mais Nəsirov departament rəhbəri təyin edildi  |     13:26 Yaxın günlərdə temperatur 41 dərəcəyə çatacaq - AÇIQLAMA  |     13:23 Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI  |     13:14 Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıldı  |     13:09 Yeni ailə quran gənclərə birdəfəlik yardımların verilməsi təklif olunur  |     13:01 Paşinyan Rusiyadakı səfiri geri çağıracaq  |     12:56 Laçında məskunlaşan ailələrin sayı açıqlandı  |     12:50 Yeni Klinikadakı işindən “Green Card” udduğuna görə çıxıbmış  |     12:45 Bu şəxslərin pensiyası yenidən artacaq  |     12:38 Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib  |     12:32 İslam Maxaçev döyüşlərdən kənarlaşdırıldı  |    
Left Banner
Right Banner

ABŞ ştatında 28 May “Azərbaycan Milli Günü” elan edilib

19.05.2020 11:17 2 371
ABŞ ştatında 28 May “Azərbaycan Milli Günü” elan edilib
ABŞ-ın Arizona ştatının paytaxtı Finiks (Phoenix) şəhəri 28 Mayı “Azərbaycan Milli Günü” elan edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, bununla bağlı şəhər meri Keyt Qayeqo tərəfindən bəyannamə imzalanıb.

Baş Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanıb.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

Bəyannamədə bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 May tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və ölkəmizin azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilib.

Bəyannamənin sonunda mer K.Qayeqo 28 May tarixini Finiks şəhərində “Azərbaycan Milli Günü” elan edib və şəhər sakinlərini bu bayramı və Azərbaycanın uğurlarını qeyd etməyə çağırıb.
Qeyd edək ki, 1,6 milyonluq əhalisi olan Finiks şəhəri ABŞ-da əhali sayına görə beşinci ən böyük şəhərdir.
скачать dle 11.3
Mojo.az Banner