Mojo.az Banner
12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |     11:56 Azərbaycanda yasa 60 min manat xərcləndi – Din xadimindən açıqlama  |     11:40 Xəzərdə zəlzələ olub - FOTO  |     11:31 Bakıda "Formula -1"in keçiriləcəyi məkan dəyişə bilər - VİDEO  |     11:27 Azərbaycanda bu şəxslərin MAAŞ və PENSİYALARI ARTIRILIR  |     11:20 Türkiyədə məşhur iş adamının oğlu saxlanıldı  |     23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Bank sektorunda öhdəliklərin yerinə yetirilməsində problem var? - RƏSMİ

13.05.2020 14:09 4 530
Bank sektorunda öhdəliklərin yerinə yetirilməsində problem var? - RƏSMİ
“Bu ilin dörd ayı ərzində kredit portfeli 1,9 faiz artıb. Bunun əsas mənbəyi biznes kreditləridir”.

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında ipoteka kreditləri 5,2 faiz, biznes kreditləri 4,1 faiz artıb, istehlak kreditləri isə 4,1 faiz azalıb:

“Banklar tərəfindən I rübdə real sektora 1,4 milyon manat məbləğində yeni kreditlər verilib. Bank sektorunun likvidliyi qənaətbəxşdir. Banklarda səkkiz milyarddan yuxarı likvid vəsait var ki, bu da aktivlərin 26 faizini təşkil edir. Hazırda bank sektorunda öhdəliklərin yerinə yetirilməsində problem müşahidə olunmur”, - deyə E.Rüstəmov qeyd edib.скачать dle 11.3
Mojo.az Banner