Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusa qarşı tətbiq ediləcək yeni dərman təsdiq olundu

08.05.2020 20:06 1 650
Koronavirusa qarşı tətbiq ediləcək yeni dərman təsdiq olundu
Yaponiyada koronavirusa yoluxmuş xəstələrin müalicəsi məqsədilə ABŞ şirkəti tərəfindən hazırlanmış "Remdesivir" dərmanının istifadəsi bəyənilib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu dərman ABŞ şirkəti onun istehsalı üçün müraciət etdikdən cəmi üç gün sonra təsdiq olunub. Bildirilir ki, "Remdisivir" COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicəsi üçün istifadəyə icazə verilən ilk dərmandır.

Qeyd edilir ki, "Remdisivir" dərmanı Ebola qızdırmasına qarşı mübarizə çərçivəsində hazırlansa da onun səmərəliliyi təsdiqini tapmayıb. Sonradan onun SARS və MERS yoluxmalarına qarşı faydası təsdiq olunub. Həmin dərman ABŞ-ın "Gilead Sciences" biofarmasevtik şirkəti tərəfindən istehsal edilir.

Bununla yanaşı, Yaponiyada yaxın günlərdə "Avigan" və ya "Favipiravir" və "Favilavir" adı ilə tanınan dərmanın da təsdiq ediləcəyi gözlənilir. Bu dırman isə altı il əvvəl "Fujifilm Toyama Chemical Co." şirkəti tərəfindən qripə qarşı mübarizə vasitəsi kimi hazırlanıb. Lakin onun hamilə qadınlara mənfi təsiri nəzərə alınaraq, ondan yalnız digər dərmanlar təsir göstərmədiyi halda istifadəyə icazə verilib. Bununla yanaşı, Çin həkimləri koronavirusun yaratdığı sətəlcəmin müalicəsində bu dərmanın çox səmərəli olduğunu bildiriblər.

Əlavə olaraq bildirək ki, mayın 7-də yerli vaxtla saat 23:00-a olan son məlumata görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 16287 nəfər təşkil edib. Bu xəstəlikdən 5797 nəfərin sağaldığı, 603 nəfərin isə öldüyü bildirilir.

Son xəbərlər