Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda şöbə müdiri icra başçısı tərəfindən danlandıqdan sonra ölüb? - TƏFƏRRÜAT

08.05.2020 14:21 1 937
Azərbaycanda şöbə müdiri icra başçısı tərəfindən danlandıqdan sonra ölüb? - TƏFƏRRÜAT
Gədəbəy Rayon İcra Hakimiyyətinin vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Rakif Cəbrayılovun qəfil ölümünün təfərrüatı məlum olub.

Mərhumun bacısı oğlu Şahin Qasımov Oxu.Az-a bildirib ki, mətbuatda yazılanlar həqiqəti əks etdirmir:

“R.Cəbrayılov işində çox məsuliyyətli adam olub. Onun işgüzar olması icra başçısının da diqqətini çəkib və İbrahim Mustafayev özü onu işə dəvət edib. Onların arasında heç bir konflikt olmayıb.

Dayım 20 gün olardı ki, sağlamlığı ilə bağlı işə çıxmırdı. R.Cəbrayılov mayın 1-də ürəyindəki ağrılara görə evdən xəstəxanaya aparılıb. Heç bir danlanma, münaqişə olmayıb”.

Ş.Qasımov onu da qeyd edib ki, yayılan yanlış məlumatlar onun yaxınlarına və qohumlarına pis təsir edib:

“Gədəbəyin icra başçısı İbrahim Mustafayev də bu çətin günlərdə onları tək buraxmayıb. İcra başçısı barədə yayılan dedi-qodunun tezliklə aradan qaldırılmasını istəyirik”.

Qeyd edək ki, mətbuatda R.Cəbrayılovun ürək tutması nəticəsində qəfil həyatını itirməsində Gədəbəyin icra başçı İ.Mustafayev ittiham edilir. Belə ki, İ.Mustafayevin mərhumu danladıqdan sonra halının pisləşməsi əsas gətirilir.

Son xəbərlər