Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Metro mayın 11-də açılır? - VACİB AÇIQLAMA

05.05.2020 17:01 1 250
Metro mayın 11-də açılır? - VACİB AÇIQLAMA
Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində deyildiyi kimi Azərbaycanda mayın 11-dən sonra karantin rejiminə bəzi yumşaltma və ya sərtləşmələr tətbiq oluna bilər.

Median.Az
xəbər verir ki, bu, ölkədə COVID-19 virusuna yoluxma hallarından asılı olacaq.

Qeyd edək ki, mayın 11-də tətbiq olunacaq yumşaltmalarla bağlı müxtəlif fikirlər səsləndirilir. Bunların arasında “Bakı Metropoliteni” QSC-yə məxsus stansiyaların açılması, "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrik qatarlarının reyslərinin artırılması və digər hallar daxildir.

Mayın 11-də yumşaltmaların tətbiq olunmasının nə qədər doğru olmasını dəqiqləşdirmək məqsədilə millət vəkili Fazil Mustafaya müraciət etdik.
Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu, doğru addım olardı: "Çünki indiki vəziyyətdə təhlükə riski daha böyükdür. Avtobuslarda daha çox insan hərəkət etdiyi üçün sıxlıq yaranır. Məsələn, metronu səhər 07:00-dan 11:00-a qədər, axşam isə 17:00-dan 20:00-a qədər işləməsini təmin etmək olar ki, sıxlıq azalsın.

Çünki bu qədər avtobusdan gediş-gəliş problem yaradacaqdı. Xeyli insanlar da maskasız hərəkət etdiyinə görə təhlükə riski böyüyür. Buna görə, metronun açılması artıq vacibdir. Burada müəyyən mənada sosial məsafə gözlənilməli və metroya maskasız heç kim buraxılmamalıdır.

Eyni vəziyyət elektrik qatarlarına da aiddir. Onların da reyslərinin çoxalması ilə barəbər maskadan istifadə məcburi olmalıdır.

Hər yan açıla bilər, amma əsas olan budur ki, maskasız hərəkət edən hər bir şəxsin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulsun. Çünki artıq maskalarımız var, apteklərdə onu tapmaq mümkündür. İnsanlar belə bir vərdişə özlərini öyrəşdirməlidirlər".скачать dle 11.3
Mojo.az Banner