Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Həbs olunan icra başçısı yüzlərlə sakinin torpağını zəbt etməsi haqqında yeni detallar üzə çıxdı - VİDEO

02.05.2020 22:38 1 681
Həbs olunan icra başçısı yüzlərlə sakinin torpağını zəbt etməsi haqqında yeni detallar üzə çıxdı - VİDEO
Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyevin yüzlərlə sakinin torpağını mənimsəməsi faktı REAL TV-nin reportajında işıqlandırılıb.

Reportajda M.Quliyevin rayona rəhbərlik etdiyi doqquz il ərzində sakinlərin sənədli torpaq sahələrini zəbt etməsindən, bu sahələrdə öz biznesini qurmasından danışılır.

Şikayətçilərdən biri Biləsuvar sakini Xanhüseyn Hüseynovdur. O, deyir ki, 50 hektar torpaq sahəsi M.Quliyev tərəfindən zorla əlindən alınıb.

Telekanalın Biləsuvardan olan başqa bir reportajında isə bildirilib ki, M.Quliyev rayona rəhbərlik etdiyi dövrdə onun göstərişi ilə Heydər Əliyev parkında ümummilli liderin heykəli götürülüb və gözdən uzaq bir yerə - rayon mərkəzindən 26 kilometr aralıqda yerləşən Səmədabad kəndinə aparılıb. Hazırda heykəl həmin kənddədir.

Həmin park isə baxımsız vəziyyətdədir və burada yalnız yerlərin satışı həyata keçirilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner