Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Anar Ələkbərov başçının müflis etdiyi ailəyə zəng vurdu - İş Prezidentin diqqətində - VİDEO

02.05.2020 15:22 2 283
Anar Ələkbərov başçının müflis etdiyi ailəyə zəng vurdu - İş Prezidentin diqqətində - VİDEO
Torpaqları həbs olunan icra başçısı tərəfindən mənimsənilən ailənin “Bakupost” saytında yayımlanan müraciətini ölkə başçısı nəzarətə götürüb.

Müraciətdə bildirilirdi ki, ailəyə məxsus olan torpaqlar sabiq icra başçısı tərəfindən qanunsuz olaraq zəbt olunub. Onlar Prezidentdən həmin torpaqların geri qaytarılmasına kömək etməsini xahiş edirdilər.

Müraciət yayılandan sonra Prezidentin köməkçisi Anar Ələkbərov həmin ailəylə əlaqə saxlayıb. Bu barədə “Bakupost”a ailə başçısı Vaqif Abışov məlumat verib: “Əvvəlcə Heydər Əliyev Fondundan zəng vurub yerin sənədləri ilə maraqlandılar. Sonra isə cənab Prezidentimizin köməkçisi Anar Ələkbərov zəng etdi. O, özü də şəxsən məsələ ilə bağlı maraqlandı, çox səmimi şəkildə dərdimizi dinlədi. Bildirdi ki, əgər bizim dediyimiz kimi olsa, torpaqlar geri qaytarılacaq.

İnanın dünəndən sevincimizin həddi-hüdudu yoxdur. Bu diqqət bizə ikinci həyat bəxş etdi. Allah cənab Prezidentin, Mehriban xanımın canını sağ etsin”.

Dünən axşan Prezident İlham Əliyev də yeni Baş prokuroru videoformatda qəbulu zamanı bu məsələyə toxunub: “Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar”.

Son xəbərlər