Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO

29.04.2020 13:30 2 886
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat zamanı rayon sakini Ramil Kazımov rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə üzərinə keçirilən şəxsi baxış zamanı ondan bir ədəd kibrit qutusunda çəkisi 1.5 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb. R.Kazımov ifadəsində narkotik maddəni Quba rayonu Xaroşa kənd sakini İntiqam Zeynalovdan aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan İ.Zeynalov şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərindən bir ədəd kibrit qutusunda çəkisi 6.47 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Keçirilmiş tədbirlərlə İ.Zeynalovun narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən gecə saatlarında həyata keçirilən təxirəsalınmaz tədbirlərlə ona satış üçün narkotik vasitəni verən həmkəndlisi Yafət Balayev də tutularaq istintaqa cəlb olunub.

Saxlanılan zaman Y.Balayevin üzərinə keçirilən baxış zamanı ondan bir ədəd kağız bükümdə çəkisi 7.76 qram, yaşadığı evdən isə ümumi çəkisi iki kiloqrama yaxın olan plastmas qablarda və sellofan torbalarda, həmçinin, kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana, eləcə də, çətənə toxumları və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər