Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Əcnəbilərə göstərilən xidmət sahələri üzrə işin təşkilində bəzi dəyişikliklər edildi

27.04.2020 18:11 1 512
Əcnəbilərə göstərilən xidmət sahələri üzrə işin təşkilində bəzi dəyişikliklər edildi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı həyata keçirilmiş məhdudiyyətlərin bir qisminin aprelin 27-də yumşaldılması ilə əlaqədar Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən vətəndaşlara göstərilən xidmət sahələri üzrə işin təşkilində bəzi dəyişikliklər edilib.

Bu barədə DMX-dən məlumat verilib.

Məlumata əsasən, 2020-ci il aprelin 27-dən etibarən bu dəyişikliklər edilib:

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşama, iş icazələrinin alınması, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciətlər “ASAN xidmət” mərkəzlərində qəbul ediləcək. Bu zaman “ASAN xidmət” mərkəzlərində əcnəbilərin qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və “108” Çağrı Mərkəzi vasitəsilə əvvəlcədən növbə tutmaqla həyata keçiriləcək;

- Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı (elektron qaydada göndərilmədikdə) notarial təsdiq olunmalı sənədlərin, müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir. İcazə vəsiqələri paytaxt üzrə Bakı şəhər regional miqrasiya idarəsindən, digər regionlar üzrə regional miqrasiya idarələrindən əldə edilə bilər. Vəsiqələri müvafiq “ASAN xidmət” mərkəzlərindən əldə etmək istəyən şəxslər xidmətin (012) “919” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilər;

- Karantin rejimi dövründə ölkədə müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin qəbul şöbələrinə (bölmələrinə) yaxınlaşması zəruri deyil. Belə şəxslər bu barədə qərarı Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə edə bilərlər. Elektron qaydada Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya “Expresspay” terminalları vasitəsilə dövlət rüsumunu ödəməklə belə şəxslər ölkədə qanuni qala biləcək;

- Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitamla bağlı müraciətlər regional miqrasiya idarələrində qəbul ediləcək;
- Bakı şəhər regional miqrasiya idarəsində əcnəbilərin qəbulu əvvəlcədən onlayn növbə tutmaqla, “MigAZ” mobil tətbiqi və ya Xidmətin internet səhifəsi (https://onlinequeue.migration.gov.az) vasitəsilə, digər regional miqrasiya idarələrində isə fərdi qaydada həyata keçiriləcək;
- Miqrasiya qaydalarının pozulması halları ilə bağlı əcnəbilərin Dövlət Miqrasiya Xidmətinə müraciətləri qəbul ediləcək.

Dövlət Miqrasiya Xidməti bir daha bildirir ki, göstərilən xidmətlərdən yararlanmaq üçün DMX-yə elektron qaydada müraciət etmək olar. Xüsusi zərurət yarandıqda şəxsən qəbul şöbələrinə (bölmələrinə) yaxınlaşmaq tövsiyə olunur.скачать dle 11.3
Mojo.az Banner