Cənubi Koreya prezidentinin məsləhətçisi: Kim Çen In sağdır
“Fox News” xəbər verir ki, onun sözlərinə görə, Kim Çen In aprelin 13-dən ölkənin Vonsan bölgəsində yaşayır.
“Mövqeyimiz qətidir. O sağdır. Bu müddət ərzində şübhəli hərəkət müşahidə etməmişik”, - deyə dövlət başçısının məsləhətçisi bildirib.
Qeyd etmək lazımdır ki, daha əvvəl Çinin “Weibo” sosial şəbəkəsində Şimali Koreya liderinin ölməsi barədə xəbər yayılmışdı.