22:53 “Qalatasaray” öz meydanında “Bodo-Qlimt”ə qalib gəlib  |     22:37 "Qarabağ"ın futbolçusu avrokubokların tarixinə düşdü  |     22:29 Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanıldı  |     22:18 Bələdiyyə sədrinə "stop" qoyuldu  |     22:09 Tbilisidə 20-yə yaxın etirazçı saxlanılıb  |     21:58 Kirayə yaşadığı evdən çıxarılmış tanınmış alim vəfat etdi  |     21:52 “Qarabağ”- “Atletik” oyununda bərabərlik qolu  |     21:25 Mingəçevirdə kişi kanalda batıb, axtarışları aparılır  |     21:18 Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     21:12 Xalq artisti Şeyx Əbdül Mahmudovun son vəziyyəti AÇIQLANDI  |     20:56 "Qarabağ"dan erkən qol  |     20:47 DYP sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib  |     20:43 Azərbaycanda 169 qadın taksi sürmək üçün şəhadətnamə alıb  |     20:37 İsrail Qəzzaya 30 fələstinlinin meyitini qaytarıb  |     20:36 Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     20:31 Alen Simonyan Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib  |     20:26 Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib  |     20:18 Belqradda parlament binası qarşısında atışma baş verib, xəsarət alan var  |     20:10 Səkkiz ölkədən olan səyyahlar Xankəndiyə gəliblər  |     20:04 Peru paytaxtında 30 günlük fövqəladə vəziyyət elan edilib  |    

Prokurorluq: Adam öldürən şəxslərin məsuliyyətdən azad olunmalarına dair məlumatlar əsassızdır

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində qəsdən adam öldürmə cinayətinin iştirakçısı olmuş şəxslərin guya cinayət məsuliyyətindən azad olunmalarına dair əsassız məlumatlar yayılıb.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən, tərəfimizdən qəti şəkildə təkzib olunur:

“Belə ki, 2019-cu ilin may ayının 9-da saat 23 radələrində Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılıb.

Həsən Tağıyev 10 may 2019-cu il tarixində iş üzrə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, cinayətin digər iştirakçısı - 1984-cü il təvəllüdlü Zaur Yusifov mayın 12-də şübhəli şəxs qismində tutulub və Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə ittiham elan olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqın gedişində Həsən Tağıyevə elan olunmuş ittiham dəyişdirilərək ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yenidən ittiham elan edilib.

Aparılmış istintaq zamanı Emin Səfərovun qəsdən öldürülməsində Həsən Tağıyev və Zaur Yusifovdan başqa hər hansı şəxs və ya şəxslərin iştirakı müəyyən edilməyib.

İstintaq zamanı toplanmış sübutlar əsasında müəyyən edilib ki, 1958-ci il təvəllüdlü Əli Yusifovun oğlu Zaurun Həsən Tağıyevlə mərhum Emin Səfərov arasında olan münasibətlərdən məlumatı olub və o, tərəflər arasında barışıq olması üçün dəfələrlə səy göstərib. Mayın 9-da saat 23:20 radələrində yaşadığı evə gedərkən o, Emin Səfərovu Binəqədi rayonu İsrafil Həşimov küçəsində yerləşən 8 saylı binanın yaxınlığında “BMW X5” markalı avtomobilin sükanı arxasında görüb və avtomobilə əyləşərək ondan aralarında olan ədavətə son qoyulmasını xahiş edib. Bu zaman Zaur və Həsən avtomobilə yaxınlaşaraq Emin Səfərova bıçaq zərbələri vurub. O, münaqişənin qarşısını almaq istəyərkən özü də sağlamlığa yüngül zərərvurmaya aid bıçaq xəsarəti alıb və yaşadığı evə gedərək daha sonra tibbi yardım almaq üçün oğlu Zamin Yusifov tərəfindən xəstəxanaya aparılıb.

İstintaq zamanı, həmçinin Zaur Yusifovun qardaşı 1988-ci il təvəllüdlü Zamin Yusifovun cinayət hadisəsində hər hansı iştirakı müəyyən edilməyib. Belə ki, mobil telefon danışıqları barədə məlumatlar əsasında hadisə baş verən vaxt sonuncunun başqa ərazidə olması müəyyən edilib. Eyni zamanda, materialların məhkəmə (lifli) ekspertizasının rəyinə əsasən, Emin Səfərova məxsus geyimlərdə Zamin Yusifovun geyimlərinə məxsus lif mikrohissəcikləri aşkar olunmayıb.

Əli Yusifovun nəvəsi - yetkinlik yaşına çatmayan Vüqar Ramazanovun istifadə etdiyi mobil telefon nömrəsinin, anten dairəsi ilə bağlı məlumatlara əsasən, hadisə vaxtı və sonra onun cinayət hadisəsinin baş verdiyi ərazidə olmaması və cinayət hadisəsində hər hansı bir iştirakı müəyyən edilməyib.

Cinayət işi başlandıqdan qısa müddət sonra Emin Səfərovun anası Məlahət Səfərova iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi tanınmaqla istintaq zamanı prosessual hüquqlarının həyata keçirilməsi təmin edilmiş, istintaqın gedişində zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də onun müdafiəçisinin qaldırdıqları bütün vəsatətlərə baxılmış, göstərdikləri hər bir xüsusat yoxlanılmaqla onlara ətraflı şəkildə məlumat verilib.

İş üzrə istintaq tamamlanaraq 16 mart 2020-ci ildə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 269 24.04.20 22:39