Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsil naziri rektorlarla videokonfrans keçirib

24.04.2020 22:22 1 631
Təhsil naziri rektorlarla videokonfrans keçirib
Aprelin 24-də Təhsil naziri Ceyhun Bayramov nazirlik aparatının rəhbər şəxsləri və ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə videokonfrans formatda görüş keçirib.

APA Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, videokonfransı giriş sözü ilə açan Təhsil naziri koronavirus pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrası vəziyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verib, həmçinin ölkə ərazisində təlim-tərbiyə prosesinin martın əvvəlindən dayandırılması ilə əlaqədar bir sıra məsələləri müzakirəyə çıxarıb.

Qeyd edilib ki, mart ayından başlayaraq ali təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkili təmin edilib, bu məqsədlə istifadə edilən Microsoft Teams və bəzi digər onlayn platformalara bu günədək 95 mindən artıq tələbə qoşulub və hazırda bu prosesin əhatəliyi genişlənir. Tövsiyəyə uyğun olaraq, məsafədən tədris zamanı qazanılmış müsbət təcrübələr ali təhsil müəssisələri arasında paylaşılır, qarşılıqlı əməkdaşlıq şəraitində müzakirələr davam etdirilir.

Təhsil naziri bildirib ki, 19 mart tarixində ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamın icrası məqsədilə Nazirlər Kabineti tərəfindən tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, bir sıra istiqamətlərlə yanaşı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub, bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib. Bu məqsədlə Təhsil Nazirliyi ali təhsil müəssisələrinə bu kateqoriyaya aid olan tələbələrdən müvafiq müraciətlərin toplanmasını tapşırıb. Həmin müraciətlərin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə yaradılmış alt-sisteminə növbəti həftədən başlayaraq daxil edilməsi nəzərdə tutulur. Hazırda aidiyyəti dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyası işləri davam etdirilir.

Bundan əlavə, ali təhsil müəssisələrində mövcud vəziyyəti nəzərə alaraq tələbələrin tədris ilinin ikinci yarımilliyinin nəticələrinə əsasən qiymətləndirilməsi prosesinin təşkilinə dair fikir mübadiləsi aparılıb, nazirlik tərəfindən bu istiqamətdə ümumi tövsiyələr verilib və hər bir ali təhsil müəssisəsi tərəfindən bu məqsədlə görüləcək konkret tədbirlər barədə təkliflərin qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Videokonfransda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

скачать dle 11.3
Mojo.az Banner