Bolqarıstanlı kibercinayətkarlar Bakıda tutuldu - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:21 İrandan Azərbaycana altı kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb  |     13:09 Bakıda qızıl-zinət əşyaları və mobil telefonlar oğurlayanlar tutuldu  |     12:49 Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artıb  |     12:48 Günəşdə ikinci ən böyük partlayış baş verib  |     12:31 Ötən il Azərbaycanda övladlığa götürülən uşaqların sayında artım qeydə alınıb  |     12:29 BMT: "Pakistanda 10 gün ərzində daşqınlar nəticəsində 400 nəfər ölüb"  |     12:27 Bakıda ƏMƏLİYYAT: Səkkiz nəfər 44 kiloqram narkotiklə ələ keçdi - Video  |     12:25 Nənəsinin evində əxlaqsızlıq yuvası təşkil edən qadınla bağlı QƏRAR  |     12:23 "Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı CİNAYƏT İŞİ açılıb  |     12:22 Xidmətdən boyun qaçıran erməni hərbçi özünə güllə xəsarəti yetirib  |     12:21 Psixoloji problemləri olan yeniyetmə onu təhqir edən azyaşlı qonşusunu döydü  |     12:21 "Bitcoin"in qiyməti iyulun əvvəlindən bəri ilk dəfə 110 min dollardan aşağı düşüb  |     12:16 Keçmiş məcburi köçkün evdən çıxmaq üçün 20 min manat tələb edir - İDDİA (Video)  |     12:10 Arzu Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşım edib - FOTO  |     11:53 Alyona Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib - FOTO  |     11:51 Leyla Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə paylaşım edib  |     11:49 Rusiyada bloqer Arsen Markaryan həbs edildi  |     11:27 Nəsiminin Suriyadakı məzarı Azərbaycana gətirilə bilər  |     11:18 Azərbaycanda ailənin üçüncü uşaq itkisi - 11 yaşlı rüzgarın ölümü hamını sarsıtdı  |     23:01 BQXK Azərbaycanda fəaliyyətini dayandırır  |    

Bolqarıstanlı kibercinayətkarlar Bakıda tutuldu - FOTO/VİDEO

Ölkənin bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.


Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu belə əməliyyat-texniki tədbir zamanı ölkə ərazisində bank sektoruna qarşı kibercinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan vətəndaşları Stoychev Marian Nikolov və Mladenov Vladislav Tsvetanov Bakı şəhəri ərazisində saxlanılıblar.

Araşdırma zamanı müəyyən olunub ki, adları çəkilən şəxslər kibercinayətkarlıqda istifadə olunan xüsusi qurğular, eləcə də, mikrosxemlər və digər ləvazimatlar vasitəsilə paytaxt ərazisində müxtəlif banklara məxsus bankomatlara müdaxilələr ediblər.

Cari ilin fevral və mart aylarında ölkəmizə gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən, bankomat aparatlarına müdaxilələr edərək, külli miqdarda pul vəsaitlərini mənimsəməyə cəhd göstəriblər.

Onlar bankomat aparatlarının kart oxuyucu hissəsinə xüsusi qurğular yerləşdirərək, bu yolla müştərilərə məxsus kartların PİN kodları barədə məlumatları əldə ediblər və kartların qeydiyyatını aparıblar.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kart məlumatlarını tam və hərtərəfli öyrəndikdən sonra hesablardakı pulları transmilli mütəşəkkil cinayətkar dəstənin Avropa ölkələrindəki digər üzvləri ilə birgə xarici banklarda saxta sənədlər əsasında açdıqları hesablara köçürəcəkmişlər. Lakin Baş İdarə əməkdaşlarının xüsusi peşəkarlıqla həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin bu cinayətinin qarşısı vaxtında alınıb.

Həmin şəxslərin paytaxt ərazisində kirayə yaşadığı mənzilə baxış zamanı çoxsaylı elektron məlumat daşıyıcıları, bank kartlarından məlumatları ələ keçirmək üçün qurğular, bankomatlara quraşdırılması nəzərdə tutulmuş xüsusi avadanlıqlar, noutbuklar, müdaxilə etdikləri bankomatların yerləşdiyi ərazilərin siyahısı və sxemləri, eləcə də, sair maddi sübutlar aşkar olunaraq götürülüb.

Qrup üzvləri bankomatlara müdaxilələr etmək üçün əldə etdikləri xüsusi qurğuları ətrafdakı insanlarda şübhə oyatmamaq üçün daim özləri ilə gəzdirdikləri səsgücləndiricinin içində gizlədiblər.

Qeyd edək ki, Baş İdarədə Marian Stoychev və Vladislav Mladenovun paytaxt ərazisindəki bütün hərəkət trayektoriyaları, müdaxilə etdikləri bankomatlar və əlaqədə olduqları şəxslərin əhatə dairəsi hərtərəfli araşdırılıb.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 272.3, 177.2.3-1 və 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq, M.Stoychev və V.Mladenov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Transmilli mütəşəkkil cinayətkar şəbəkənin Avropa ölkələrindəki əlaqələrinin müəyyən olunması, həmçinin, saxlanılan şəxslərin digər cinayət əməllərinin aşkar edilməsi istiqamətində müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 489 24.04.20 15:52