Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Kürdəmirdə evdən oğurluq edənlər saxlanıldı

21.04.2020 20:00 1 777
Kürdəmirdə evdən oğurluq edənlər saxlanıldı
Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Xınıslı kənd sakini Məmmədov Rəfael İnqlab oğlu Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək ona məxsus fərdi yaşayış evindən məişət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin Kürdəmir rayon sakinləri - əvvəllər məhkum olunmuş Babaşov Rövşən Rasim oğlu və Cabbarov İntiqam İftixar oğlu tərəfindən törədildiyi müəyyən edilib.

Hər iki şəxs şübhəli şəxs qismində saxlanılıb və ilkin dindirmə zamanı cinayət əməlini etiraf ediblər.

Qeyd edək ki, onlar Rəfael Məmmədova ümumilikdə 4 000 manat məbləğində maddi ziyan vurublar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda onların digər cinayət əməli törədib-törətməmələri araşdırılır.

скачать dle 11.3
Mojo.az Banner