Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda keçmiş məhkum polis şöbəsində özünü bıçaqladı - AÇIQLAMA

21.04.2020 12:42 1 987
Azərbaycanda keçmiş məhkum polis şöbəsində özünü bıçaqladı - AÇIQLAMA
Cəlilabad Rayon Polis Şöbəsində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, rayon sakini, 1983-cü il təvəllüdlü Cəmaləddin Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Cəlilabad RPŞ-yə gətirilib.

O, orada təhqiqatçı Həbib Nəsirovun xidməti otağında qarnına bıçaqla xəsarət yetirib.

C.Əliyev xəstəxanaya aparılıb, vəziyyəti stabildir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev məlumatı saytımıza təsdiqləyib.

O bildirib ki, Cəlilabad Rayon Polis Şöbəsinə daxil olan müraciətdə şəhər sakini, əvvəllər məhkum olunmuş Cəmaləddin Əliyevin narkotik vasitə aludəçisi olduğu, üzərində narkotik vasitə gəzdirdiyi bildirilərək, bununla bağlı tədbir görülməsi xahiş olunub:

“Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, RPŞ-yə gətirilən C.Əliyevin vəkilin, hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilərkən o, üzərində gizlətdiyi kəsici alətlə qarın nahiyəsindən özünə bir dəfə xəsarət yetirib.

Həmin şəxsə dərhal ixtisaslı tibbi yardım göstərilməsi üçün Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılıb. Ona tibbi yardım göstərilərək sarğı edilib. Daha sonra vəkilin və hal şahidlərinin iştirakı ilə onun üzərindən bir bükümdə ümumi çəkisi 3,144 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb”.

“Hazırda C.Əliyevin vəziyyəti qənaətbəxşdir”, - deyə DİN rəsmisi qeyd edib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner