11:23 Venesuelada təyyarə qəzası: Ölənlər var  |     11:12 Lisenziyalarla bağlı YENİ QƏRAR  |     22:53 “Qalatasaray” öz meydanında “Bodo-Qlimt”ə qalib gəlib  |     22:37 "Qarabağ"ın futbolçusu avrokubokların tarixinə düşdü  |     22:29 Bakıda vəkilin evindən oğurluq edən şəxs saxlanıldı  |     22:18 Bələdiyyə sədrinə "stop" qoyuldu  |     22:09 Tbilisidə 20-yə yaxın etirazçı saxlanılıb  |     21:58 Kirayə yaşadığı evdən çıxarılmış tanınmış alim vəfat etdi  |     21:52 “Qarabağ”- “Atletik” oyununda bərabərlik qolu  |     21:25 Mingəçevirdə kişi kanalda batıb, axtarışları aparılır  |     21:18 Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     21:12 Xalq artisti Şeyx Əbdül Mahmudovun son vəziyyəti AÇIQLANDI  |     20:56 "Qarabağ"dan erkən qol  |     20:47 DYP sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib  |     20:43 Azərbaycanda 169 qadın taksi sürmək üçün şəhadətnamə alıb  |     20:37 İsrail Qəzzaya 30 fələstinlinin meyitini qaytarıb  |     20:36 Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     20:31 Alen Simonyan Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib  |     20:26 Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib  |     20:18 Belqradda parlament binası qarşısında atışma baş verib, xəsarət alan var  |    

Parlament Jurnalistlər Birliyinin üzvləri qan veriblər

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi, sosial izolyasiya kimi tədbirləri davam etdirilir.

"Report" xəbər verir ki, hazırkı durumda bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi məqsədilə Heydər Əliyev Fondu qanvermə aksiyasına başlayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən aksiya aprel ayının 10-dan start götürüb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva isə aksiyaya qoşulanlara təşəkkür edib.

Ötən gün Milli Məclisin iclasında spiker Sahibə Qafarova da cəmiyyətdə aksiyaya böyük dəstək nümayiş etdirildiyini vurğulayıb. S.Qafarova parlamentin də qanvermə askiyasına qoşulacağını və Milli Məclisdə bunun üçün xüsusi yer ayrıldığını qeyd edib. Spiker deputatlara da müraciət edərək, aksiyaya qoşulmağa dəvət edib.

Bu gün parlamentdə həyata keçirilən qanvermə aksiyasında deputatlar, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları iştirak ediblər.

Aksiyaya qoşulan Parlament Jurnalistlər Birliyinin üzvləri də Milli Məclisdə könüllü qan veriblər. İlk dəfə olaraq, jurnalistlərin kütləvi şəkildə qanvermə aksiyasına qoşulması həyata keçirilib.

Media əməkdaşları hər kəsi qanvermə tədbirlərinə qoşulmağa dəvət ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 741 18.04.20 19:28