Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bərdədə ailələr arasında kütləvi dava: Xəsarət alanlar var

16.04.2020 15:37 1 481
Bərdədə ailələr arasında kütləvi dava: Xəsarət alanlar var
Bərdədə kütləvi dava olub.

Hadisə rayonun Köbərkənd kəndində qeydə alınıb.

Kənd sakini Baxşeyiş Quliyev yaxın qohumları - Zaur Quliyev, Orduxan Quliyev, Ağa Quliyev, Vaqif Quliyev, Sərxan Quliyev, İntiqam Quliyevlə birgə sərxoş halda həmkəndliləri - Ədalət Əliyev və yaxın qohumları - Kənan Əliyev, Sərdar Əliyev, Aydın Əliyev, Etibar Əliyev, Elşad Süleymanovu yumruqla, ağacla, dəmir parçaları ilə vuraraq, onlara müxtəlif bədən xəsarətləri yetiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri cinayət işi açılıb.

B.Quliyev, İ.Quliyev və O.Quliyev şübhəli şəxs qismində saxlanılıblar.скачать dle 11.3
Mojo.az Banner