Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi | 11:41 Əli Kərimlinin məhkəməsi başlayır | 11:35 İlham Əliyev Laosun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto | 11:30 Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı | 11:21 Azərbaycan nefti 10 dollara qədər ucuzlaşdı | 11:17 Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib | 22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda koronavirusdan sağalanların qan plazması ilə xəstələrin müalicəsinə başlanır - RƏSMİ

15.04.2020 19:28 2 387
Azərbaycanda koronavirusdan sağalanların qan plazması ilə xəstələrin müalicəsinə başlanır - RƏSMİ
“Hazırda koronavirusdan sağalan xəstənin qanından alınan plazmanın koronavirus xəstələrinə köçürülməsi layihəsi üzərində çalışırıq”.

Bunu Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu gün sözügedən layihənin müzakirəsi yekunlaşıb:

“Milli Hemotologiya və Transfuziologiya Mərkəzi xüsusi tədqiqatlar apardı. Onların nəticələrinə görə koronavirus infeksiyasını keçirmiş və sağalmış şəxslərin plazmasından terapevtik məqsədlərlə istifadə olunmasının protokolu hazırlandı.

Həmin layihə bizim elmi komitə tərəfindən təsdiq olunacaq. Biz də koronavirusdan sağalmış və evə yazılmış xəstələri Milli Hemotologiya və Transfuzilogiya Mərkəzinə dəvət edəcəyik.

Mərkəzdəki avadanlıq, resurslarımız imkan verir ki, biz onların plazmasını ayırd edək və terapevtik məqsədlərlə müvafiq ağır xəstələrimizə köçürək”.

Sədr qeyd edib ki, layihənin icrası gələn həftədən tətbiq ediləcək.

Son xəbərlər