Mojo.az Banner
13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |    
Mojo.az Avto
Mojo.az Avto

Çində koronavirusa qarşı 3 peyvəndin sınaqlarına başlanılır

14.04.2020 15:04 1 291
Çində koronavirusa qarşı 3 peyvəndin sınaqlarına başlanılır
Çin hökuməti ölkədə hazırlanmış üç fərqli koronavirus peyvəndinin klinik sınaqlarının başlanmasına icazə verib.

Bu barədə Çinin Elm və Texnika nazirliyi açıqlama verib: “Hazırda klinik sınaqlar üçün üç fərqli peyvənd artıq təsdiqlənib”.

Qeyd olunub ki, bunların arasında adenoviral vektora əsaslanan peyvəndin sınaqlarının birinci mərhələsi başa çatıb. Bildirilib ki, bu, dünyada 2-ci etap sınaqları başladılan ilk peyvənddir.

Aprelin 12-də isə Çin Elmlər Akedemiyasının Uhan Virusologiya İnstitutunun hazırladığı inaktiv peyvənd sınaqlarının başlanmasına Çinin Dövlət Qida və Dərman Administrasiyası tərəfindən icazə verilib. Həmçinin digər bir inaktiv peyvənd istehsalçısı sayılan Pekin şirkəti “Sinovac Research & Development Co” sınaqlar üçün razılıq əldə edib. Bununla Çində koronavirusa qarşı hazırlanmış 3 fərqli peyvəndin sınaqları bir il ərzində 3 mərhələdə həyata keçiriləcək.

Dünyaca məhşur çinli epidemioloq Çjun Nanşan qeyd edib ki, sınaqlarda iştirak etmiş könüllülər bir ildən iki ilə qədər müddətdə müşahidə olunacaq, lakin effektivlik müşahidə olunduğu təqdirdə bu müddət qısaldıla bilər.скачать dle 11.3
Mojo.az Banner