23:01 Marketdə istehlaka yararsız məhsullar aşkarlanıb  |     22:54 "Roşka" ləqəbli tiktokerin məhkəməsi: Sərbəst ifadələr yekunlaşdı  |     22:48 Yeraltı keçidlər sökülə bilər? - EKSPERT AÇIQLADI  |     22:42 Ağdamda dəfn edilmiş şəxsin məzar daşı Xocavənddə aşkarlanıb  |     22:35 Vensan Abubakar rəsmən "Neftçi"də  |     22:30 Dövlət qurumlarında iş vədi ilə pul alan "polkovnik"ə hökm oxundu  |     22:22 F-16 və F-22: Niyə daha sürətli təyyarə həmişə daha yaxşı deyil?  |     22:15 Beynəlxalq axtarışda olan şəxs ekstradisiya edildi  |     22:09 Həccə getmək istəyənlərin nəzərinə! - Qiymət AÇIQLANDI  |     22:01 Kobaxidze: İrəvanla Bakı arasında sülhün bərqərar olması regional əməkdaşlığa yeni təkan verəcək  |     21:52 "Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir"  |     21:29 Güləşçimiz dünya çempionu oldu  |     21:00 Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytından SİLİNDİ  |     20:52 Bakıda məktəbdə yanğın olub  |     20:46 Mingəçevirdə iki piyadanı maşın vurub, onlardan biri ölüb  |     20:37 Şirvan kanalında batan şəxsin meyiti tapılıb  |     20:24 19 yaşlı Ləmanın atası hər şeyi danışdı - ölümünə səbəb gəlinlik imiş... - FOTO  |     20:15 ABŞ hərəkətə keçdi - Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir (ŞƏRH)  |     20:04 Şəkidə yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB-1  |     19:59 Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs Almaniyadan ekstradisiya ediləcək  |    

Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinin prosedur qaydaları məlum olub

Nazirlər Kabinetinin qərarı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinin prosedur qaydaları məlum olub.

Trend-in məlumatına görə, Təhsil nazirinin müavini İdris İsayev deyib ki, həmin tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət edərək müvafiq məlumatları təqdim etməlidirlər. Çünki təhsil müəssisələri tələbələrinin statusunu dəqiq bilmir, bu barədə tələbələr özləri məlumatlıdırlar.

Onun sözlərinə görə, tələbələrin müraciətindən sonra təhsil müəssisələrindəki məsul şəxslər həmin məlumatları alt elektron sistemə daxil edəcəklər. Bundan sonra isə elektron sistem özü tələbələrin statusunu müəyyən edəcək və təhsil müəssisələrinə tələbələrin təhsil haqlarının ödənişlərini həyata keçirəcək. Bununla bağlı tələbələrin mobil telefonlarına da SMS-lə müvafiq məlumatlar ötürüləcək.

Nazir müavini təhsil haqqı xərclərinin semestrlər üzrə həyata keçiriləcəyini də söyləyib. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək:

"Bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərci dövlət tərəfindən ödəniləcək. Eyni zamanda, orta ixtisas və peşə təhsili müəssisələrində bu kateqoriyaya aid olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı dövlət tərəfindən tam olaraq ödəniləcək".

İ.İsayev deyib ki, ali təhsil müəssisələrində illik təhsil haqqı orta hesabla 2290 manat, orta ixtisas təhsil müəssisələrində təxminən 600, peşə təhsili müəssisələrində 500 manatdır.

Nazir müavini qeyd edib ki, bu qərar təxminən 22 min tələbəni əhatə edir:

"Burada yalnız ali təhsil pilləsi deyil, orta ixtisas və peşə təhsili pilləsində təhsil alan tələbələrdən söhbət gedir. Ölkəmizdə 252 min tələbə təhsil alır. Bu tələbələrin 50 faizindən çoxu ödənişli təhsil alır. Təhsil haqqı dövlət tərəfindən ödəniləcək tələbələr əyani təhsil alan tələbələr olmalıdırlar. Eyni zamanda təkrar ali və orta ixtisas təhsili alan tələbələrə bu qərar şamil edilməyəcək. Bunun üçün dövlət büdcəsindən 40 milyon manata maliyyə vəsaiti ayrılacaq".

İ.İsayev əlavə edib ki, bu qərar verilənə qədər Azərbaycanda 17 min tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilirdi. Onların çoxu – 74 faizi məcburi köçkünlərdir:

"Digər tələbələr şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum, 1 və 2-ci qrup əlilliyi olan, sağlamlıq imkanları məhdud olan tələbələrdir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 422 14.04.20 15:02