Mojo.az Banner
23:03 Əl jestləri beynin qrammatikanı necə emal etdiyinə təsir edir  |     22:58 "Renta Car"dan avtomobil icarəyə götürüb "Blue City"dən kabel oğurladılar  |     22:51 Bakıda 4 milyon manat vergi borcu olan şirkətə 16 min dollarlıq cərimə  |     22:46 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürdü  |     22:37 Narkotikə görə saxlanılan məşhurlardan xəbər var  |     22:32 Nobel mükafatının məbləği artırıldı  |     22:24 “Neftçi” 1000-ci oyununda qələbə qazandı  |     22:16 Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edildi  |     22:15 Azərbaycanı təmsil edən oğlunun 16-cı olmasına Plyuşenkodan reaksiya  |     22:10 Azərbaycanın Əməkdar artisti vəfat etdi  |     22:05 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb  |     21:57 Cəlilabadda suyun verilişi bərpa olunub  |     21:55 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib - Video  |     21:44 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır  |     21:39 Modemi ayda bir dəfə söndürün - Səbəbi AÇIQLANDI  |     21:33 Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?  |     21:25 Bu rəngdə avtomobillər daha çox qəzaya düşür  |     21:20 Bu 4 bürcə ŞAD XƏBƏR - Sentyabrın ikinci yarısından...  |     21:11 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:06 Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azərsu” ASC-nin yeni xidməti istifadəyə verilib

13.04.2020 19:00 1 488
“Azərsu” ASC-nin yeni xidməti istifadəyə verilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək məqsədilə mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılıb.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq, “Azərsu” ASC tərəfindən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab-fakturanın formalaşdırılması" xidməti istifadəyə verilib. Bu xidmətin köməyi ilə vətəndaşlar mexaniki sayğacların göstəricilərini daha rahat şəkildə təqdim edə və bildirişləri elektron qaydada əldə edə biləcəklər. Xidmətdən istifadə etmək istəyən abonentlər Cəmiyyətin “Facebook” səhifəsinə daxil olub (AZERSU OJSC) mesaj bölməsində əvvəlcə “Ana menyu”, sonra “Sayğac göstəricilərinin elektron təqdim edilməsi” xidmətini seçməlidir. Növbəti mərhələdə xidmət üzrə aparılan əməliyyat üzrə tələb olunan məlumatlar aşağıda göstərilən ardıcıllıqla sistemə daxil edilir.

Abonentin e-mail ünvanı

Mobil telefon nömrəsi

Şəxsiyyət vəsiqəsinin FİN kodu

Abonent kodu

Sayğac göstəriciləri

5-ci əməliyyat aparılarkən əvvəlcə sayğacın nömrəsi qeyd olunur. Sonra sayğacın son göstəricisi, oxunma tarixi göstərilir və sayğacın şəkli daxil edilir. Sistemə daxil edilmiş məlumatlar (xüsusilə abonent kodu) doğru, əlaqə vasitələri isə aktiv olmalıdır.

Müraciət qeydiyyata alındıqdan sonra aidiyyatı üzrə icraya yönləndirilir. Daxil olan müraciətlər əsasında faktura yaradılır. Bundan sonra abonentin həm elektron poçt ünvanına, həm də mobil telefonuna müraciətin icra olunması haqda məlumat və SMS-bildiriş göndərilir.

Bundan sonra abonent www.azersu.az saytında “Elektron faktura” elektron xidmətindən istifadə edərək abonent kodunu daxil edərək fakturanı görür və elə həmin pəncərədən onlayn ödənişə keçməklə borcunu ödəyə bilər.

Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab-fakturanın formalaşdırılması xidməti ilə əyani tanış olmaq üçün “Azərsu” ASC-nin “Facebook” səhifəsində videoçarx yerləşdirilib.скачать dle 11.3
Mojo.az Banner