Mojo.az Banner
11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |     11:31 Zaqatalada kişi meyiti aşkarlandı: Ərazidə ov tüfəngi tapıldı  |     11:30 Bəzi rayonlarda duman müşahidə olunur - Faktiki hava  |     11:29 Azərbaycan nefti ucuzlaşıb  |     11:27 Alla Axundova VƏFAT ETDİ - FOTO  |     11:26 "Qəbələ" Elvin Camalovu heyətinə qatdı - RƏSMİ  |     11:25 19 yaşlı Xədicənin ölümünün təfərrüatı: Qonşular əl qumbarasının evə necə gətirildiyini açıqladılar - VİDEO  |     11:15 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar  |     23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda koronavirusa yoluxan vəzifəli şəxs müalicə prosesindən danışdı

13.04.2020 16:38 1 278
Azərbaycanda koronavirusa yoluxan vəzifəli şəxs müalicə prosesindən danışdı
Bir müddət öncə koronavirusa yoluxan və aprelin 10-da sağalaraq evə buraxılan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Alıcı Dilavərov Qafqazinfo-ya müsahibə verib.

- Alıcı müəllim, sizin koronavirusa necə yoluxduğunuz barədə təxmininiz var?

- Xaricdən Azərbaycan vətəndaşları gətirilən zaman həyata keçirilən tədbirlərdə mən də iştirak edirdim. Belə fikirləşirəm ki, həmin vaxt virusa yoluxmuşam.

- Hansı əlamətlərə görə virusa yoluxduğunuzdan şübhələndiniz?

- Məndə heç bir əlamət olmadı. Sadəcə, icra hakimiyyətinin əməkdaşlarından nümunə götürüldükdən sonra mənə dedilər ki, sənin nəticələrin müsbət çıxıb. Sonra da məni Astara Rayon Xəstəxanasında müalicəyə götürdülər, 14 gün orada saxlanıldım.

- Müalicə müddəti ərzində hər hansı dəyişikliklər oldu?

- Məndə heç bir dəyişiklik olmadı: nə öskürək, nə yüksək temperatur, nə nəfəs çatışmazlığı. Özümdə heç bir fərqlilik hiss etmədim. Təzyiqim də daim normal oldu. Müalicə prosesi çox yaxşı keçdi. Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Ölkənin bütün xəstəxanalarında lazımi avadanlıqlar quraşdırılıb. Tibb heyəti çox peşəkar idi. Hər gün yüksək səviyyədə qidalanırdıq. Mənə başçının müavini olduğuma görə hər hansı fərq qoyulmurdu.

Bütün xəstələr hansı prosedurları keçirdilərsə, mən də hamısını edirdim. Gün ərzində 4-5 dəfə temperaturumuz, təzyiqimiz ölçülürdü. Mən orada heç bir xəstədən narazılıq da eşitmədim. Bizim dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində bu gün ölkədə vəziyyət faciəvi şəkildə deyil. Yoxsa biz də başqa ölkələr kimi ağır vəziyyətə düşə bilərdik.

- Sizin xaricdən gələn oğlunuzu karantindən çıxarmağınız barədə nə deyə bilərsiniz?

- Mənim iki oğlum var. Biri Lənkəran Dövlət Universitetində ikinci kursda oxuyur. Biri də Qafqaz Universitetini bitirib, İqtisad Universitetində magistratura təhsili alır. Onların heç birinin bu günədək xarici pasportu olmayıb. Bunu kim istəsə, yoxlatdıra da bilər. Mənim övladlarım heç vaxt xaricdə olmayıb.

- Bəs sizin ünsiyyətdə olduğunuz şəxslərdən kimdəsə virus aşkarlandı?

- Mənim ailə üzvlərim karantində qaldılar. Amma heç birində virus aşkarlanmadı.

- Sağalma prosesiniz necə oldu?

- Yəqin, orqanizmim güclü olduğu üçün sağaldım. Bir neçə dəfə məndən nümunə götürdülər. Sonda dedilər ki, artıq sağalmısınız, gedə bilərsiniz. Aprelin 10-da xəstəxanadan buraxıldım, indi evdəyəm. Vətəndaşlarımızdan xahiş edirəm ki, evdə qalsınlar, səbrli olsunlar ki, ölkə olaraq virusa qalib gələk.скачать dle 11.3
Mojo.az Banner