Mojo.az Banner
11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |     11:31 Zaqatalada kişi meyiti aşkarlandı: Ərazidə ov tüfəngi tapıldı  |     11:30 Bəzi rayonlarda duman müşahidə olunur - Faktiki hava  |     11:29 Azərbaycan nefti ucuzlaşıb  |     11:27 Alla Axundova VƏFAT ETDİ - FOTO  |     11:26 "Qəbələ" Elvin Camalovu heyətinə qatdı - RƏSMİ  |     11:25 19 yaşlı Xədicənin ölümünün təfərrüatı: Qonşular əl qumbarasının evə necə gətirildiyini açıqladılar - VİDEO  |     11:15 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar  |     23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı professor koronavirusla bağlı ŞAD XƏBƏRİ ELAN ETDİ: Yaxın bir həftədə...

13.04.2020 15:02 1 982
Azərbaycanlı professor koronavirusla bağlı ŞAD XƏBƏRİ ELAN ETDİ: Yaxın bir həftədə...
"Koronavirus sanki kabus kimi bir tərəfdən insanlığı sınağa çəkir, digər tərəfdən də postpandemik dövrün potensial problemləri ilə onu təhdid edir. Elmə məlumdur ki, hava-damcı yolu ilə yayılan respirator infeksiyaların bir sikli var. Hər bir yeni yoluxma virusun mutasiyaya uğramış, nisbətən dəyişilmiş yeni serovarı ilə baş tutur. Bu proses uzun müddət davam edə bilməz, hətta heç bir tədbir görülməsə belə! Sadəcə tədbirlər itkiləri azaltmağa və pandemiyanı vaxtında söndürməyə hesablanıb. Yay aylarında artıq postpandemik dövrə qədəm qoymağımız gözlənilir... Koronavirus pandemiyası şoku hələ yaşansa da, proses yaxın bir həftədə dünyada enən xətt üzrə gedəcək".

Day.Az publika.az-a istinadla xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib. O, insanları nikbin və səbrli olmağa çağırıb:

"Xatirimdədir, mən uşaq olanda mahalda, obada dul qadın, əlil adam, tənha yaşayan insanlar hamının diqqət mərkəzində idi. Hamı onlara əl tutar, kömək edər, süfrəsinə dəvət edər, mərhəmət göstərərdi. İnsanlar göstərdiyi mərhəməti kimsənin bilməsini qəti istəməzdi. Hesab edərdi ki, mərhəmət yalnız vicdan qarşısında hesabatdır! İnsanlar arasında onları güvənli edən, insan cildində saxlaya bilən həqiqi bir səmimilik, kişi sözü, etibar, ləyaqət kimi anlayışlar var idi! İnsanlar fədakarlıq və məhrumiyyətlərə sinə gərməklə şərəf və ləyaqətini hər şeydən üstün tutmağa çalışardılar. 50 yaş və yuxarı nəsil bu günləri çox yaxşı xatırlayır.

Bunları niyə yazıram, əziz qardaşlar və bacılar!

Bioloji təhlükə - pandemiya tezliklə ötüb keçəcək. Bəs biz yeni dövrə bu sınaqdan hansı sima ilə çıxacağıq: Bir millət kimi (millət deyəndə bütövlükdə xalqımızı nəzərdə tuturam) bütövləşmiş, güclənmiş şəkildə, yoxsa yeni-yeni münasibət mutasiyaları və derivasiyaları ilə? Gəlin birlikdə düşünək... Uca millətimizə eşq olsun!"скачать dle 11.3
Mojo.az Banner