Mojo.az Banner
20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |     19:43 Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü  |     19:38 Göyçayda 3 kiloqramdan artıq narkotik vasitə aşkarlandı  |     19:30 Ermənistanda partlayış oldu, hərbçi öldü  |     19:25 Sumqayıtda 22 motosiklet sürücüsü saxlanıldı - VİDEO  |     19:16 Narkotikin təsiri altında olan sürücü həbs olundu  |     19:11 Mingəçevirdə qayıq "River Side" hotelinin restoranına çırpıldı - Yaralılar var  |     19:04 Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq  |     18:59 Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı  |     18:52 Yoxlamalara dair yeni qadağa  |     18:47 Azərbaycanda bu şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir  |     18:39 30-a yaxın işçi "BI Group" şirkətindən maaşlarını ala bilmirlər - VİDEO  |     18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |     17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusdan qorunmaq üçün əlcəkdən necə istifadə etməli və buraxılan səhvlər

10.04.2020 15:34 2 433
Koronavirusdan qorunmaq üçün əlcəkdən necə istifadə etməli və buraxılan səhvlər
Yoluxmuş xəstələrin təmas etdiyi yerlərə toxuna biləcəyimiz üçün əllərə əlcək geyilməsi vacibdir.

“Sputnik”in məlumatına görə, bunu Rusiya Səhiyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Erik Brovko virusdan qorunmaq üçün birdəfəlik əlcəklərin düzgün istifadəsi barədə danışarkən bildirib.

Onun sözlərinə görə, koronavirusun bu yolla yoluxma üsulu infeksiyanın uzun müddət obyektlərin üzərində qalma xüsusiyyəti ilə şərtlənir.

Erik Brovko, bununla belə, əlcəkdən istifadə zamanı bir neçə qaydaya riayət etməyin zəruriliyindən də danışıb.

İlk növbədə, hətta əlcəkdə olsanız belə gözə, qulaqlara və buruna toxunmaq olmaz.

Bundan başqa, telefondan istifadə edərkən əlcəyin faydası itir.

“Siz əlcəkləri tullaya bilərsiniz, ancaq telefonun üzərində bakteriyalar qalır. Sonra siz əlinizlə gözünüzə və ya burnunuza təmas edə bilərsiniz. Ehtiyac olacağı təqdirdə zəng üçün qarnitura, yaxud qulaqlıqdan istifadə etmək yaxşıdır”, - deyən Brovko telefonları və əlavə texniki avadanlıqları spirtli salfetlərlə silməyin lazım olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı bu müdafiə vasitələrinin istifadəsi ilə əlaqədar ayrıca tövsiyələr vermir. Ancaq mütəxəssislərin sözlərinə görə, trikotaj əlcəklər birdəfəlik lateks əlcəklərdən daha az effektivdir. Vətəndaşların mütəmadi istifadə etdikləri, məsələn, dəridən olan əlcəkləri də dezinfeksiya etmək lazımdır.

Bundan başqa, evə gəldikdən sonra istifadə olunan tibbi əlcəklər atılmalı və əllər yaxşı-yaxşı yuyulmalıdır.скачать dle 11.3
Mojo.az Banner