Mojo.az Banner
19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |     18:30 Bazar günü hava necə olacaq?  |     18:24 Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı artdı  |     18:15 Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı  |     18:09 Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - VİDEO  |     18:01 Mask bunu da etdi - Ağzını açmadan danışa bildi (VİDEO)  |     17:55 "Çelsi" səfərdə uduzdu  |     17:45 Suriyada silah anbarında partlayış: 11 hərbçi öldü  |     17:22 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi  |     17:07 Göygöl rayonuna dolu düşüb - Faktiki hava  |     17:02 Bakıda baş verən güclü yanğın söndürülüb (Video)  |     16:48 Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam  |     16:38 Füzulidə ağır qəza - Ölən və yaralananlar var  |     16:22 Pensiya və minimum əməkhaqqı artır - VİDEO  |     16:21 Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid ailələrinə ünvanlı yardım edilib - FOTO

10.04.2020 14:20 2 684
Şəhid ailələrinə ünvanlı yardım edilib - FOTO
Şəhid ailələrinin yaşı 65-dən yuxarı olan üzvlərinə, yaşlı müharibə veteranlarına və əlillərə ünvanlı yardım verilib.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq, hərbi qulluqçular şəhidlərimizin yaşı 65-dən yuxarı olan ailə üzvlərinə, yaşlı müharibə veteranlarına və əlillərə ünvanlı yardım çatdırıblar.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri və hərbi qulluqçular ailələri ziyarət edərək, zəruri ərzaq məhsullarını və şəxsi gigiyena vasitələrini onlara təqdim ediblər.

Hazırda bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək, onlara yardım edilməsi istiqamətində işlər davam etdirilir.







скачать dle 11.3
Mojo.az Banner