Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda koronavirusdan heyvan ölümü qeydə alınıb? - AÇIQLAMA

09.04.2020 15:29 3 326
Azərbaycanda koronavirusdan heyvan ölümü qeydə alınıb? - AÇIQLAMA
“Koronavirus pandemiyası ilə bağlı heyvanlar arasında ölüm faktları qeydə alınmayıb”.

Bu barədə oxu.az-a Bakı Zooloji Parkının direktoru Azər Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Bakı Zooloji Parkında da karantin qaydalarına riayət olunur:

“Bir ildən çoxdur zoopark ərazisinin genişləndirilməsi işləri ilə bağlı fəaliyyətini dayandırıb. Təmir-bərpa prosesi yekunlaşana qədər zooparkda məskunlaşan heyvanlar müvəqqəti olaraq Qaradağ rayonu, Salyan şosesi yaxınlığında yerləşən sığınacaqda saxlanılır. Bu köçürülmə prosesi koronavirus pandemiyasından əvvəl baş verib.

Ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində tətbiq edilən karantin rejiminə riayət olunur. Ay ərzində heyvanların saxlanıldığı ərazidə pandemiyaya qarşı altı dəfə dezinfeksiya işləri aparılır. Bundan başqa, hər zaman olduğu kimi, birə və gənələrə qarşı da dezinfeksiya işlərimiz davam etdirilir. Yaz mövsümü ilə əlaqədar zəruri tədbirlər görülür”.

A.Hüseynov karantinlə bağlı yalnız heyvanlara baxan əməkdaşların işə çıxdığını deyib:

“Karantin qaydalarına görə, məhdud sayda əməkdaşımız işə gəlir. Yalnız heyvanlara baxan işçilərimiz fəaliyyətini davam etdirir. Onların ictimai nəqliyyatdan istifadə etməmələri, insanlarla minimum ünsiyyətdə olmaları üçün iş saatları xüsusi qrafiklə tənzimlənib. Əməkdaşlarımız işə xüsusi avtomobillərimizlə gəlib-gedirlər. Onların təhlükəsizliyinin qorunması üçün qabaqlayıcı tədbirlər görülür”.

“Heyvanlar arasında xəstələnmə və ya ölüm faktları qeydə alınmayıb. Əksinə, Qarabağ atı, dəvəquşu, meymun bala verib. Hazırda problem müşahidə edilmir”, - deyə direktor qeyd edib.

Xatırladaq ki, Çin baytarları Uhan şəhərindəki çöl pişiklərinin 15 faizində koronavirusa yoluxma halları aşkarlayıblar. İlkin məlumatlara görə, COVID-19 heyvandan insana keçib. Çində bioloqların apardıqları araşdırmalar isə COVID-19 pandemiyasının yenidən heyvanlar arasında yayıla biləcəyi ehtimalını gündəmə gətirir.

Son xəbərlər