Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

SOCAR Türkiyədəki Azərbaycan vətəndaşları və tələbələrinə dəstək verir

06.04.2020 21:05 3 718
SOCAR Türkiyədəki Azərbaycan vətəndaşları və tələbələrinə dəstək verir
SOCAR Təhsil Nazirliyi və ölkəmizin Türkiyədəki səfirliyi ilə birlikdə koronavirus pandemiyasına görə, öz ölkəsinə dönə bilməyən 10 mindən çox Azərbaycan vətəndaşı və tələbənin sığınacaq və yaşayış ehtiyaclarını ödəmək məqsədi ilə dəstək fondu yaradıb.

Şirkətdən verilən məlumata görə, SOCAR Azərbaycan dövlətinin koronavirusa (COVID-19) qarşı ölkə daxilində apardığı bütün tədbirlərdə, eləcə də iqtisadi dayanıqlığın təmin olunmasında yaxından iştirak etməklə yanaşı, həm də Türkiyədə çətinliklərlə üzləşmiş ölkə vətəndaşlarına yardım edir.

Məlumata əsasən, Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR pandemiyaya qarşı mübarizədə sosial məsuliyyətini dərk edərək, bu istiqamətdə dəstək tədbirlərini davam etdirir. Türkiyə və Azərbaycan iqtisadiyyatının inkişafı naminə investisiya layihələrini uğurla davam etdirən SOCAR Türkiyədəki əsas aktivimiz olan “SOCAR Türkiye” vasitəsilə “Biz Bize Yeteriz, Türkiyem” kampaniyasına töhfə verir. İzmirin Əliağa bölgəsində tibbi ehtiyacların təmin olunması sahəsində xəstəxanalara və yerli Səhiyyə İdarəsinə köməklik göstərən SOCAR, pandemiyaya görə Vətənimizə qayıda bilməyən Azərbaycan vətəndaşları və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə də dəstək verir.

Azərbaycanın Təhsil Nazirliyi və ölkəmizin Türkiyədəki səfirliyi ilə birlikdə SOCAR-ın həyata keçirdiyi dəstək layihəsi çərçivəsində qardaş ölkədə 10 mindən çox soydaşımızın sığınacaq, əsas qida vasitələri, nəqliyyat kimi ehtiyacları öz həllini tapacaq.

Bu layihənin birbaşa vətəndaşların və tələbələrin ehtiyaclarına yönəldiyini bildirən SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “Bu çətin günlərdə biz, Azərbaycan neftçiləri dövlətimizin koronavirusa qarşı apardığı mübarizəni bütün sahələrdə dəstəkləməyi özümüzə borc bilirik. Möhtərəm Prezidentimizin ölkə daxilində həyata keçirdiyi təşəbbüslərə var gücümüzlə dəstək veririk. Bu gün həm də Türkiyədə minlərlə vətəndaşımız COVID-19 pandemiyası səbəbindən çətin vəziyyətə düşüb və Azərbaycana qayıda bilmir. Bir çoxu hazırda qaldığı yataqxana və başqa müvəqqəti yerləri tərk etmək məcburiyyətindədir. Prezidentimizin tapşırıqlarını nəzərə alaraq, biz bu vətəndaşlarımıza da sahib çıxmalı, onlara yardım əli uzatmalıyıq. Onların əsas ehtiyaclarının ödənilməsi məqsədilə SOCAR-ın maliyə dəstəyi, Azərbaycan Təhsil Nazirliyinin və ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə dəstək fondu yaradılıb”.

Rövnəq Abdullayev daha sonra qeyd edib: “Bildiyiniz kimi, koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlar təxirə salınıb. Türkiyədəki azərbaycanlılar digər ölkələrdəki soydaşlarından daha şanslıdır, çünki Türkiyə bizim ikinci vətənimizdir. Əsas aktivlərimizin – Petkim, STAR neft emalı zavodu, Petkim Külək Elektrik Stansiyası, “SOCAR Depolama” və “SOCAR Terminal”ın yerləşdiyi Əliağa bölgəsində tibbi ehtiyacların təminatı üçün genişmiqyaslı yardım kampaniyası təşkil etmişik. İndiyə qədər kampaniya çərçivəsində yüzlərlə azərbaycanlı tələbənin Vətənə qayıtması üçün maddi yardım ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırda ölkəsinə qayıda bilməyən vətəndaşlarımıza yardım etmək üçün fəaliyyət göstəririk. Sərmayələrimiz, təsislərimiz, fasiləsiz istehsalımızla Türkiyə və Azərbaycanın rifahı üçün çalışır, sosial məsuliyyətimizi dərk edərək, hər iki ölkə vətəndaşlarına dəstək verməyə davam edirik”.скачать dle 11.3
Mojo.az Banner