Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video | 12:27 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var | 12:23 Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat | 12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb | 11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda karantin rejimi dövründə internetdən istifadə artıb - RƏSMİ

02.04.2020 22:37 1 363
Azərbaycanda karantin rejimi dövründə internetdən istifadə artıb - RƏSMİ
“Ölkəmizdə internetdən və mobil telefondan istifadə yüksək səviyyədədir. Biz bu günlərdə izləyirik ki, əhalimiz evdə oturaraq bu vasitələrdən bəhrələnir, günlərinin keçirilməsi üçün bu vasitələrdən istifadə edirlər, çünki trafikdə müəyyən artım var”.

“Report” xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

“O cümlədən, Azərbaycan əhalisinin təxminən 60-70 faizi smartfonlardan istifadə edir. Ümumilikdə götürəndə isə əhalimizin hər 100 nəfərinə 106 mobil telefon düşür. Bütün bunlar onu göstərir ki, xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə nəzərdə tutulmuş 8103 xidməti hər kəs üçün əlçatan olacaq”, - deyə nazir müavini bildirib.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Belə ki, aprelin 5-dən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərəcəklər.

Son xəbərlər