Mojo.az — elanlar
Son Xəbərlər
22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib - RƏSMİ + VİDEO

02.04.2020 15:13 2 307
Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib - RƏSMİ + VİDEO
“Azərbaycana ötən gecə tibbi maska istehsalı üçün xammal gətirilib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bir müddət bundan əvvəl dövlət orqanları maska istehsalını təşkil etmək üçün tədbirlər görüb:

“Bu sahədə irəliləyiş var. Maskaların istehsalı üçün avadanlıqların böyük hissəsi quraşdırılıb. Dünən gecə xammal gətirilib. Tələbat kəskin artdığı üçün bütün ölkələrdə çatışmazlıq var. Bir müddət dövlət orqanları ölkədə maska və spirtin istehsalı üçün tədbirlər görürlər.

Xammal idxalına rüsumlar, əlavə dəyər vergisi ləğv edilib, güzəştli kreditlər təklif olunub. Bütün şərait yaradılıb kit, maska və spirtin yerli istehsalı təşkil olunsun. İstehsal prosesinin dəqiq gününü və saatını demək həmişə mümkün deyil. Amma spirt məhsulları istehsal olunur, qablaşdırılması problemi vardı”.

İ.Məmmədov qeyd edib ki, Sumqayıtda tibbi maskaların istehsalına başlanılıb:

“Aprelin ilk həftəsində bu işlər başa çatıb. Avadanlıqların əksəriyyəti qurulub. Dünən gecə təyyarə ilə tibbi maskaların istehsalı üçün xammal gətirilib. İkiqatlı, üçqatlı, bakterioloji və nano-cərrahiyyə maskalarının istehsalına başlanacaq. İlk dövrdə gündə 70-80 min ədəd gücü ilə olacaq, sonra gündəlik istehsal 200 min ədədə çatdırılacaq”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva qeyd edib ki, qoruyucu vasitələrin Azərbaycana gətirilməsi ilə bağlı iş aparılır.


Son xəbərlər