Mojo.az Banner
23:02 Culfa sakini dəm qazından boğularaq ölüb  |     22:58 Bakıda kişi telefona görə sevgilisini vəhşicəsinə döydü  |     22:33 AQTA “Yummy Catering” MMC-yə məxsus ictimai iaşə obyektində nöqsanlar aşkarlayıb  |     22:30 Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT  |     22:16 Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq  |     22:12 Azərbaycanda 3 dövlət qurumuna elektron siqaretlərlə bağlı protokol tərtib etmək səlahiyyəti verilib  |     22:10 Mopedlərin qeydiyyatı və texniki baxışı üçün rüsum bu qədər olacaq  |     22:07 27 yaşlı Vüsal, yeniyetmə uşaqlar tərəfindən qətlə yetirildi  |     22:01 Çingiz Əsgərov Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı işi üzrə qərarına etiraz edib  |     21:22 Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? - Video  |     21:17 Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib  |     21:16 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ  |     21:07 Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - Video  |     20:35 Qətl törətdikdən 11 il sonra tutulan şəxsə HÖKM OXUNDU  |     20:33 Anar İsrafilov vəzifədən getdi  |     20:05 Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu  |     19:17 Bakının iki rayonunda gecə işıq olmayacaq  |     18:25 Fuad Nəcəfliyə yüksək vəzifə verildi  |     18:02 Attestat qiyməti 5 olan 32 şagird - Qəbulda 100-dən az bal toplayıb  |     17:41 Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı  |    
Left Banner
Right Banner

Azərbaycanda bir gündə neçə maska satıldığı açıqlandı

26.03.2020 23:20 1 894
Azərbaycanda bir gündə neçə maska satıldığı açıqlandı
“Bu günə qədər ölkədə 2018-19-cu illərdə bir ayda 500-600 min (orta hesabla bir gündə 200 minə yaxın) maska satıldığı halda, təsəvvür edin ki, hazırda 3 gündə bu qədər sayda maska satılır”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin "Hədəf" verilişində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda bir ay üçün 3,5 milyon ədəd maska satılır:

“Təbii ki, bu, bizim ölkəyə idxal olunurdu. Görünür, sahibkarlar bu günə qədər bu işə maraq göstərməyiblər. Çünki bu, biznes məsələsidir. Amma xarici ölkələrdə infeksiyalardan qorunmaq üçün istehsalçılar artıq 24 saatlıq iş rejiminə keçsələr də, yenə də tələbi ödəyə bilmirlər”.

Hökumət rəsmisinin sözlərinə görə, ölkənin apardığı bugünkü xarici siyasət imkan verdi ki, bu rejimdə bəzi ölkələr Azərbaycana maska satmağa razılaşıblar: “İstehsalı bir gündə təşkil etmək mümkün deyil. Çünki avadanlıqların alışı və ölkəyə gətirilməsi var. Qısa müddətdə gömrük rüsumları, vergi və s. məsələlərlə əlaqəli elə əlverişli vəziyyət yarandı ki, artıq ölkədə tezliklə Azərbaycan istehsalı olan spirtlər satışda olacaq və üzərində Azərbaycan dilində göstəriciləri də yazılıb”.

İ.Məmmədov əlavə edib ki, növbəti ayın əvvəlində yerli maska istehsalı da başlayacaq: “Gündəlik maksimal 200 min maska istehsalı işə düşəcək. Üstəgəl, idxal da var. Belə ki, 2-3 gün əvvəl ölkəyə 500 min maska gətirilib. Eyni zamanda, 1,5 milyon maska da ölkəyə hissə-hissə daxil olacaq”.скачать dle 11.3
Mojo.az Banner