Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Almaniyada azərbaycanlıların qaldığı yataqxana söküldü - FOTO/VİDEO

19.03.2020 14:27 2 113
Almaniyada azərbaycanlıların qaldığı yataqxana söküldü - FOTO/VİDEO
Almaniyada Azərbaycandan olan sığınacaq axtaranların qaldığı yataqxana sökülüb.

“Report”un məlumatına görə, Şimali Reyn-Vestfaliya əyalətində yerləşən yataqxanada Azərbaycan, Gürcüstan, Əfqanıstan, Monqolustan, Nigeriya və Somalidən gəlmiş sığınacaq axtaranlar qalırmış.

Bu ilin fevral ayında yataqxana bağlanıb, sakinləri isə yaxınlıqdakı sosial evlərə köçürülüb.

Yataqxananın bağlanmasına səbəb Bonn Şəhər İdarə Məhkəməsinin qərarı olub.

Belə ki, bu yataqxanada sığınacaq axtaranlar arasında tez-tez dava düşür, birgə yaşayış qaydalarına riayət etməyənlər ətrafda yaşanları narahat edirmiş. Ötən ilin noyabr ayında yataqxana ilə bağlı ərazidə yaşayanlar məhkəməyə şikayət ərizəsi ilə müraciət ediblər.

Məhkəmə isə bələdiyyənin balansında olan və 12 sığınacaq axtaranın qaldığı yataqxananın bağlanması ilə bağlı qərar verib.

Bağlanan yataqxananın yerini alan tikinti şirkəti yeni yaşayış binasının inşası üçün ötən gün söküntü işlərinə başlayıb.скачать dle 11.3
Mojo.az Banner