Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın Baku.ws-ə istinadən məlumata görə, qəza Bakı-Qazax avtomobil yolunun rayonun Sabir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.