Mojo.az Banner
19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |     18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |     18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |     17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |     17:03 Braziliyada təyyarə qəzası: 3 nəfər öldü  |     16:56 Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA  |     16:54 Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq  |     16:53 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarət altına alıb  |     16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda daha bir imtahan təxirə salındı

17.03.2020 16:21 1 280
Azərbaycanda daha bir imtahan təxirə salındı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus təhlükəsi ilə əlaqədar dövlət qurumlarına göndərilən 16 mart 2020-ci il tarixli məktubuna əsasən, martın 18-dən etibarən dövlət qulluğuna qəbul olmaq üçün namizədlərlə təyin olunmuş müsahibələr (o cümlədən, 12 aprel inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı) təxirə salınır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsahibələrin və imtahanın keçirilmə vaxtı barədə əlavə məlumat veriləcək.

5, 12, 19 aprel tarixlərinə aid buraxılış imtahanları təxirə salındığına görə əvvəlki illərin məzunları üçün aprelin 26-da keçirilməli olan imtahan da digər bir tarixdə keçiriləcək.

Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq məktubuna əsasən, Dövlət İmtahan Mərkəzində 2020-ci il martın 17-dən etibarən vətəndaşların qəbulu da dayandırılır.

Vətəndaşların müraciətləri 1653 “Çağrı Mərkəzi” vasitəsilə cavablandırılacaq. Vətəndaşlar Mərkəzin info@dim.gov.az elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.скачать dle 11.3
Mojo.az Banner