Gürcüstanda qalmış Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsinə icazə verildi - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 İranda güclü ZƏLZƏLƏ  |     22:55 Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı qaçırdı: Polis hərəkətə keçdi  |     22:49 İtkin düşən Cəlilabad sakini tapılıb  |     22:44 Bakıda üçüncü sinif şagirdi qəfil vəfat etdi  |     22:38 Narkotik bükümlərini udan şəxs xəstəxanada öldü  |     22:33 BMT: Dünyanın təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ili qalıb  |     22:25 Putin Üçüncü dünya müharibəsi təhlükəsindən danışdı  |     22:20 Yerin altında nə baş verir: Böyük partlayışa hazırlaşır?  |     22:12 30 min dollarlıq tender dələduzluğu  |     22:07 Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu  |     21:59 Putin: "Dünya nizamı istənilən halda dəyişəcək"  |     21:54 İsveçrə diplomatlarını İrandan Bakıya təxliyə etdi  |     21:43 Macarıstan millisinin üzvü karyerasını "Liverpul"da davam etdirəcək  |     21:39 Məhkəmədə Bako Saakyandan Aprel döyüşləri ilə bağlı etiraflar  |     21:38 "Data Plus" ləğv olunur  |     21:31 Ukrayna Rusiyada PUA istehsalı ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib  |     21:31 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     21:26 İzmirdə meşə yanır, 5 təyyarə, 7 helikopter cəlb olunub  |     21:18 MÜTDA sertifikasiyadan narazılıq edən müəllimlərə müraciət edib  |     21:13 İranda İsrail əleyhinə etiraz aksiyaları keçirilib  |    

Gürcüstanda qalmış Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsinə icazə verildi - RƏSMİ

Martın 15-i koronavirus epidemiyasına qarşı təxirəsalınmaz tədbirlər çərçivəsində Türkiyə Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında “Sarp” sərhəd keçid məntəqəsinin Türkiyə vaxtı ilə 17:00-da bağlanmasına dair verilən qərarın nəticəsi olaraq, İstanbul-Bakı müntəzəm marşrut xətləri üzrə avtobusların girişi sərhəddə məhdudlaşdırılıb.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, “VARDAR” və “METRO” daşıyıcı şirkətlərinə məxsus 99 JH 866 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların Gürcüstan sərhədindən tranzit keçidinə izn müəyyən təhlükəsizlik tədbirləri səbəbilə bu gün verilib:

“Türkiyə Cümhuriyyətinə məxsus “METRO” daşıyıcı şirkətinin avtobusuna sərhəddən tranzit keçid izni verilmədiyi üçün həmin avtobusda olan sərnişinlər Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xüsusi avtobusla təmin edilib. Sərnişinlər Gürcüstanın Lançxuti şəhərində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində istirahət edə biləcək, su və zəruri qida ilə təmin olunacaqlar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparılan danışıqlar nəticəsində göstərilən operativ münasibətə görə, Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyə Cümhuriyyəti Nəqliyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Daşımalarının Tənzimlənməsi Baş İdarəsi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xüsusi təşəkkürünü bildirir”.

O əlavə edib ki, Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinə müvafiq şəkildə təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərimizin dövlət sərhədindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək: “Sərnişinlərimizdən və onların yaxınlarından mövcud durumda təşvişə yol vermədən - 012 566 52 58 - nömrəli qaynar xətlə əlaqə saxlamaları tövsiyə edilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            953 16.03.20 19:03