Mojo.az Banner
15:47 Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb  |     15:46 Məktəb üçün bir uşağa 250-300 manat pul lazımdır – Açıqlama  |     15:44 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər bu tarixdən arta bilər  |     15:41 Naxçıvanda 250 min manatlıq dələduzluq: Saxlanılan var - FOTO  |     14:24 Şənbə günü 31° isti olacaq  |     14:19 Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu  |     14:12 "Ən böyük qiymət artımı Ermənistandadır" - Paşinyan  |     14:08 Xaçmazda 7 nəfər həbs edildi  |     14:02 "Son 10 ildə şagirdlərin savadlılığı artıb" - Məleykə Abbaszadə  |     13:57 Tbilisiyə 53 min sərnişin səfər edib - FOTO  |     13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |     13:38 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     13:30 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |     13:17 Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş  |     13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tikinti evi qəzalı vəziyyətə salıb, “yaşayış təhlükəlidir” rəyi verilib - FOTO

14.03.2020 15:25 2 526
Bakıda tikinti evi qəzalı vəziyyətə salıb, “yaşayış təhlükəlidir” rəyi verilib - FOTO
Paytaxtın Binəqədi rayonu ərazisində məktəb binasının tikintisi bir sıra problemlərə yol açıb. Belə ki, ərazidə aparılan tikinti işləri zamanı yaxınlıqda yerləşən yaşayış evinə ciddi ziyan dəyib.

Bu barədə Oxu.Az-a Binəqədi rayonu, 2-ci Mədən, korpus 93, 61 ünvanında yerləşən ziyan dəymiş evin sakini bildirib.

Sözügedən ünvanda yerləşən ev Kamilə Kərimovaya məxsusdur. Tikinti şirkətindən şikayətçi isə onun oğludur.

Şikayətçinin sözlərinə görə, bu ünvanın yaxınlığında əvvəl məktəb binası olub:

“Həmin ərazidə köhnə məktəb binası var idi. Məktəb binası söküldü və yerində çuxur qazıldı. Bizim evdən təxminən bir metrə qədər olan məsafədə torpağa basdırılan borular bir müddət sonra əyildi. Bunun nəticəsində evin altının torpağı çöküb. Aşınan torpaq evimizin bir tərəfinin çökməsinə və divarların çatlamasına səbəb olub. Evimiz qəzalı vəziyyətə düşüb. Artıq yeddi aya yaxındır ki, evdə yaşayış yoxdur. Heç kim maraqlanmır ki, biz harada yaşayırıq.

Tikinti “Mahal” Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən aparılır. Şikayət etsək də, şirkətin nümayəndələri evin təmir olunmasında bizə yalnız kosmetik işlərdə yardımçı ola biləcəklərini deyiblər. Onlar bildiriblər ki, divarlarda olan çatları təmir etmək üçün suvaq çəkib, divar kağızı vura bilərlər. Bu isə çıxış yolu deyil”.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara - Binəqədi Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, eləcə də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edib:

“Müraciət etdiyim qurumların nümayəndələri tərəfindən evimizə baxış keçirilib. FHN-nin Komissiyası tərəfindən verilən rəyə əsasən ev qəzalı vəziyyətdədir və yaşayış üçün təhlükəlidir. Evin hazırkı ərazidən sökülməsi, başqa yerdə inşa edilməsi və ya bünövrədən başlayaraq yenidən bərpa edilməsinə dair rəy verilib.

Amma “Mahal” MTK-nın nümayəndələri, sahə rəisi Fövqəladə Hallar Nazirliyinin verdiyi rəy ilə razı deyil. Onların tərtib etdiyi aktı qəbul etmirlər. Əraziyə başqa ekspertlərin baxmasını və rəy verməsini istəyirlər. Açıqlama tələb etdiyimizdə isə “Mahal” MTK-nın Çingiz adlı nümayəndəsi “Hara istəyirsinizsə, şikayət edə bilərsiniz” deyir. Etdiyimiz şikayətlərlə heç bir nəticə əldə edə bilməyəcəyimizi deyərək, səbrimizi sınayırlar”.

Məsələ ilə bağlı “Mahal” MTK ilə əlaqə saxladıq. Zənglərimizə cavab verən “Mahal” MTK-nın Qəhrəman adlı nümayəndəsi öncə sualları cavablandırmayacağını dedi. Sonra isə məsələyə münasibət bildirməyə razılıq verdi. O, şikayətçinin Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməli olduğunu deyib:

“Həmin ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə məktəb binası tikilir. Məsələ ilə bağlı sizə müraciət edən K.Kərimova bir çox qurumlara şikayət edib. Biz ev sahibləri ilə söhbət etmişik. Onlara məsələni izah edərək, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməli olduqlarını demişik. Dəfələrlə bildirmişik ki, biz podratçı şirkətik, evə ziyan dəyibsə, bərpası bizim səlahiyyətimizdə deyil. Sənədlərlə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib problemin araşdırılmasını tələb edə bilərlər”.








скачать dle 11.3
Mojo.az Banner